Sizin Reklam Burada
Xəbər lenti
10-12-2024
09-12-2024
BÜTÜN XƏBƏRLƏR

Müşfiq Məmmədli: "Tibb işcilərinin sosial rifahının yaxşılaşdırılması səhiyyə islahatlarının daha da uğur qazanmasına əminliyi artırır"

Tarix: 26-11-2024 17:47     Baxış: 393 A- / A+
İcbari tibbi sıgortanın tətbiqi ilə ölkə səhiyyəsinin maliyyələşməsində müasir yanaşmaların tətbiqi səhiyyə sahəsinin inkişafına əhəmiyyətli dərəcədə təsir etmişdir. Səhiyyə xərclərinin 70 % dən cox İcbari Tibbi Sıgorta Fonduna (1.410,4 mln) yönəlməsi bu sahənin prioritet olmasının sübutudur. 

Manevr.az xəbər verir ki, bunu deputat Müşfiq Məmmədli parlamentin plenar iclasında "2025 ci ilin dövlət büdcəsi"nin müzakirəsi zamanı cıxış edərkən deyib.
                    
Deputatın sözlərinə görə, dünya iqtisadiyyatındakı meyllər və qlobal kataklizmlər fonunda Azərbaycanın iqtisadiyyatındakı müsbət meyllər, ölkə Prezidentinin nə qədər ugurlu iqtisadi siyasət yürütdüyünün parlaq sübutudur.
 "Cox diqqətəlayiq bir haldır ki,  ölkə iqtisadiyyatındakı artım və bunun büdcəyə yönələn vəsaitlərin artımı şəklində yansıması böyük miqdarda qeyri-neft sektorunun hesabına təmin edilmişdir.
Səhiyyə xərclərinin 2mlrd-a yaxınlaşması(büdcə xərclərinin 4,8 %-i) olması, 2024 cü illə  müqayisədə 7.1% cox səhiyyə xərclərinin son 5 ildə 2 dəfədən artıq artması dövlətimizin bu sahəyə necə qayğı ilə yanaşmasının göstəricisidir.

Beləliklə 1.5 mlrd-a yaxın vəsait dövlət büdcəsi hesabına əhalinin sıgortalanmasına və dövlət proqramlarına ayrılmışdır. Bu sosial dövlət modelinin uğurla tətbiqinin nümunəsidir.
Ancaq Hesablama Palatasının rəyindən göründüyü kimi burada da bəzi korrektələrə, daha fərqli idarəetmə həllərinə və ölkə qanunvericiliyinə uygun şəkildə müasir korporativ idarəetmə modellərinin tətbiqinə ehtiyac vardır.
Digər sahələrdə də oldugu kimi yaradılmış publik hüquqi şəxslərin hələ də büdcə təşkilatları kimi fəaliyyət göstərdiyinin şahidi oluruq. Ancaq müasir idarəetmə tətbiq edilən, işini zamanın tələblərinə uyğun quran, Yeni klinika, Kliniki tibbi mərkəz, Abşeron Tibb Mərkəzi PHŞ lər dotasiyasız fəaliyyət göstərir, Sumqayıt Tibb Mərkəzi isə cox cüzi 7-8 % dotasiya ilə fəaliyyət göstərir. Belə nəticə çıxartmaq olar ki islahatların davamlı və ardıcıl tətbiqi bu müsbət nəticələrin artmasına gətirib çıxarar. PHŞ-lər şəklində fəaliyyət göstərən tibb mərkəzlərində tibbi kadrlardan səmərəli istifadə, modernləşmə, maddi texniki bazanın yaxşılaşması bu müsbət tendensiyaları sitimullaşdırır. 

Düşünürəm ki, tibb müəssisələrində ştat vahidlərinin formalaşmasında vahid elmi əsaslara söykənən yanaşma, digər neqativ tendensiyaların qarşısının alınmasında mühüm rol oynayardı. Səhiyyə nazirliyinin ölkə paytaxtında fəaliyyət göstərən PHŞ olmuş müəssisələri ilə yanaşı,regionlarda fəaliyyət göstərən müəssisələrinin PHŞ-lərə cevrilməsi mühüm əhəmiyyət kəsb edir.Beləliklə İTSF da toplanan kifayət qədər böyük vəsaitə TƏBİB-in, Səhiyyə Nazirliyinin və özəl tibb qurumlarının eyni dərəcədə əlcatanlığının təmin edilməsi bir rəqabət mühitinin formalaşmasınan gətirib çıxarar,bu da əhaliyə keyfiyyətli tibb xidmətinin göstərilməsi ilə nəticələnərdi. Ölkədə fəaliyyət göstərən bütün tibb müəssələrinin İTSF -da olan vəsaitlərə cıxışının asanlaşdırılması bu müəssələrdə calışan həkimlər  və digər tibb işcilərinin maaşlarının artırımasına və bu müəssisələrin maddi-texniki imkanlarının artmasına bir stimul yaradardı. Bu həm də təsdiq olunmuş İTSF-nin büdcəsində nəzərdə tutulmuş (2024 cü ildə 393 mln ) vəsaitin səmərəli istifadəsinə gətirib cıxarardı.
Bütün bunlarla yanaşı  tibb müəssisələrinin maddi texniki bazasının yaxşılaşdırılması və ilkin səhiyyə xidmətinin modernləşdirilməsi istiqamətində atılan addımlar, tibb işcilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, səhiyyə islahatlarının daha da uğur qazanmasına əminliyi artırır", deputat çıxışında qeyd edib.

Nigar
Manevr.az






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar