Xəbər lenti
Qeyri-sağlam qidalanma vərdişləri 8 trilyon dollar ziyana səbəb olur
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) qeyri-sağlam qidalanma vərdişlərinin qlobal kənd təsərrüfatı-ərzaq sistemlərində hər il 8 trilyon dollar gizli xərclərə gətirib çıxardığını müəyyən edib.
Bu barədə Haber Global xəbər verir.
FAO-nun 156 ölkəni əhatə edən 2024-cü il üçün Ümumdünya Ərzaq və Kənd Təsərrüfatının Vəziyyəti (SOFA) hesabatına əsasən, qlobal kənd təsərrüfatı-ərzaq sistemlərindəki gizli xərclər hər il təxminən 12 trilyon dollar təşkil edir. Bu xərclərin təxminən 70 faizini təşkil edən 8,1 trilyon dollar qeyri-sağlam qidalanma vərdişlərindən qaynaqlanır. Bu vərdişlər ürək xəstəlikləri, insult və diabet kimi narahatlıq doğuran xəstəliklərə səbəb olur, eyni zamanda ətraf mühitin deqradasiyası və sosial bərabərsizliklərlə bağlı xərcləri də artırır.
Qlobal xərclər əsasən orta və yüksək gəlirli ölkələrdə daha çox sənayeləşmiş aqro-ərzaq sistemlərində müşahidə edilir.
Bu kontekstdə FAO sağlamlığa təsirlərin araşdırılması zamanı 13 qidalanma risk faktorunu müəyyən edir ki, bunların arasına dənli bitkilər, meyvə və tərəvəzlərdən kifayət qədər istifadə edilməməsi, həddindən artıq natrium istehlakı, qırmızı ət və emal edilmiş ətin çox yeyilməsi kimi kimi amillər daxildir.oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar