Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu əməliyyat da icbari tibbi sığorta ilə mümkündür

Tarix: 04-11-2024 20:36     Baxış: 365 A- / A+


Diafraqmanın qida borusu dəliyinin yırtığı diaqnozu kontrastlı ezofaqoqrafiya (qida borusunun rentgenoloji müayinəsi) əsasında qoyulur.
Manevr.az xəbər verir ki, kontrast maddə kimi barium sulfat suspenziyası qəbul etdikdən sonra rentgenoloji müayinə aparılır. Əlavə diaqnostika üçün qida borusunun və mədənin endoskopik müayinəsi aparıla bilər. Bu prosedur qida borusunun selikli qişasının vəziyyətini və ağırlaşmaların inkişaf riskini qiymətləndirməyə imkan verir. Bəzən kompleks diaqnostika üçün ümumi klinik müayinələr və döş qəfəsinin kompüter tomoqrafiyası (KT) aparılır.
Anadangəlmə diafraqmal yırtıq diaqnozu isə doğuşa qədər prenatal ultrasəs müayinəsi, doğuşdan sonra döş qəfəsi orqanlarının rentgen müayinəsinin köməkliyi ilə qoyulur. Bütün bu müayinə metodları icbari tibbi sığorta ilə qarşılanır.
Ən çox rast gəlinən simptomlara qarının yuxarı hissəsində (epiqastral nahiyədə) ağrı, döş sümüyü arxasında yanma hissi, qida qəbulundan sonra qıcqırma, gəyirmə, bəzən ürəkbulanma aiddir. Bəzi hallarda öskürək, köp, ürək ritminin pozulması kimi simptomlarla da özünü göstərir. Diafraqmal yırtığın müalicəsi ilə həkim-qastroenteroloq məşğul olur. Diafraqma dəliyi yırtığının cərrahi yolla bərpası ümumi və torakal cərrah tərəfindən aparılır.
Böyük diafraqmal yırtıqlar səbəbindən medikamentoz müalicəyə tabe olmayan xroniki ezofagitin inkişaf etməsi, yırtıq kisəsinin boğulması təhlükəsinin yaranması, qanaxma, anemiya, qida borusu daralmaları və çapıq toxumasının əmələ gəlməsi kimi ağırlaşmaların meydana çıxdığı hallarda yırtığın müalicəsi üçün cərrahi əməliyyat icra olunur. Cərrahi müdaxilə zamanı yırtıq qapısının daraldılması, orqanların fizioloji vəziyyətinin bərpası və yaxud hər iki üsulu özündə birləşdirən radikal əməliyyat aparılır. Əməliyyat icbari tibbi sığorta hesabına açıq və laparoskopik üsulla icra olunur. Laparoskopik əməliyyat daha az travmalı olduğundan reabilitasiya dövrü daha sürətli və asan olur.
Əməliyyat öncəsi ixtisaslı həkim müayinəsi, laborator və instrumental müayinələr, reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman, tibbi sərf icbari tibbi sığorta tərəfindən təmin olunur. Həmçinin xəstənin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanma xərcləri də sığorta təminatına daxildir.
Diafraqmal yırtıqların bərpası TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda və Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində  tibbi göstərişə və həkim təyinatına əsasən icra olunur.
Məlumat üçün bildirək ki, diafraqmal yırtıq abdominal boşluqdakı orqanların qismən və ya tam olaraq diafraqmanın qida borusu dəliyindən döş boşluğuna doğru yerdəyişməsidir. Bu patoloji vəziyyət ağırlaşmalara səbəb ola bildiyi üçün vaxtında diaqnozun qoyulması və müalicənin başlanılması olduqca vacibdir. Diafraqmal yırtıqlar anadangəlmə və qazanılmış olur. Anadangəlmə diafraqmal yırtıqlar hamiləliyin ilk 3 ayında radiasiya, zərərli peşə amilləri və bəzi dərman preparatlarının təsiri nəticəsində baş verən genetik mutasiyalar nəticəsində inkişaf edir.
Qazanılmış yırtıqlar bir çox səbəblərin təsirindən yarana bilər. Patologiyanın inkişafına təsir edən əsas amillərə döş qəfəsi və qarın boşluğu orqanlarının zədələnməsi, bronxial astma, göyöskürək, vərəm zamanı xroniki öskürək, qida borusunun diskineziyası (hərəkətliliyinin pozulması), qida borusu nahiyəsində cərrahi müdaxilələr, qəbizliyə meyillilik, mədə-bağırsaq sisteminin yanaşı xəstəlikləri aid edilir.Milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar