Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ürək dayandıqdan sonra beyin ölümünü gecikdirməyin yolu tapıldı

Tarix: 25-10-2024 18:11     Baxış: 594 A- / A+

Çinli alimlər qan dövranı dayandıqdan təxminən bir saat sonra donuzlarda beyin aktivliyini bərpa edə biliblər.
Manevr.az bildirir ki, bu barədə "Svejesti" "Telegram" kanalı xəbər verib.

Alimlərin sözlərinə görə, ürəyin qəfil durması qan dövranının sürətlə dayanmasına səbəb olur. Proses bir neçə dəqiqə çəkəndə orqanlarda, xüsusən də beyində bərpa olunmayan zədələr yarana bilər. Ona görə qan dövranı dayandıqdan sonra həkimlərin beyin zədələnmələrindən əvvəl uğurlu reanimasiya üçün yalnız bir neçə dəqiqəsi olur. Yeni tədqiqat göstərir ki, bu vaxtı əhəmiyyətli dərəcədə artırmaq olar.
Tədqiqatçılar beyinin aktivliyinin bərpasında qaraciyərin əsas rol oynadığını aşkar ediblər. Çinli alimlər zədələnməmiş qaraciyəri (orqanizm tərəfindən qanı təmizləmək üçün istifadə olunan orqanı) müəyyən vaxtdan sonra beyini dirçəltmək üçün istifadə olunan həyat dəstək sisteminə qoşublar və inanılmaz nəticələr əldə ediblər.
Beləliklə, gələcəkdə ürək dayanmasından sonra xəstələrin sağ qalma şansları əhəmiyyətli dərəcədə yüksələ və sağalma nəticələri yaxşılaşa bilər.oxu.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar