Sözügedən vəziyyət və ya problem necə həll olunmalıdır? Bu istiqamətdə nəzarət mexanizmlərinə ehtiyac varmı?
Manevr.az-ın xəbərinə görə, bununla bağlı Sfera.az-a açıqlama verən deputat Fazil Mustafa deyib ki, bu məsələdə hər hansı yönləndirməyə yol vermək olmaz:
“Dövlət xəstəxanalarında müalicə almaq istəyən insanlar könüllü şəkildə seçim edirlər. Adamı çox şeyə yönləndirə bilərlər, amma birinci növbədə insanların cibinə, imkanlarına uyğun olaraq məsələyə baxılmalıdır. Bu baxımdan fikrimcə, burada vətəndaşın öz seçimi önəm daşıyır. Kimisə məcburi harasa yönəltmək mümkün deyil”.

Millət vəkili bildirdi ki, dövlət xəstəxanalarında da bu istiqamətdə hər hansı problem yoxdur:
“İstənilən xəstəxanada vətəndaş doğuşu həyata keçirmək imkanına sahibdir. Elə insanlar var ki, daha lüks şəraitdə, komfort imkanlarla bunu etmək istəyir. Bu da onların seçimidir. Amma dövlət xəstəxanalarına doğuş üçün müraciət edən şəxsin hər hansı bir şəkildə qeydə alınmaması, onun özəl xəstəxanaya həkim tərəfindən yönləndirilməsi halları varsa, bu, qanun pozuntusudur. Buna görə məsuliyyət daşıyırlar. Lakin tövsiyə etmək, məsləhət olaraq istiqamətləndirmək hər hansısa bir xüsusi məsuliyyət yaratmır. Məcburi şəkildə, aldadılmaqla bu edilirsə, o zaman şəxsin şikayəti üzrə məsələyə baxmaq olar”.