Manevr.az "teleqraf.com"a istinadən xəbər verir ki, alimlər tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, bədəninizin müəyyən nahiyəsini təmizləmədiyiniz zaman iki növ xərçəngə tutulma riskiniz artır.
"JAMA Oncology№ jurnalında nəşr olunan araşdırmada təxminən 160 min insanın qidalanma vərdişləri, həyat tərzləri və xəstəlik tarixçələri araşdırılıb. Həmin şəxslər ağız qarqaraları və tüpürcək nümunələri verib. Daha sonra nümunələr və mikroblar sınaqdan keçirilib. 236 şəxsə baş və boyun skuamöz hüceyrəli karsinoma diaqnozu qoyulub. Onların ağız mikrobunun DNT-si xərçəngi olmayan 458 iştirakçının DNT-si ilə müqayisə edildikdə, xərçəngə səbəb ola biləcək 13 müxtəlif növ bakteriya aşkar edilib.