Manevr.az xəbər verir ki, həkim “İzvestiya”ya qan xərçəngini erkən mərhələdə tanımağın yollarını açıqlayıb.
Həkim dərinin solğunluğunu, burundan və ya diş ətindən tez-tez qanaxmaları və səbəbi bilinməyən qançırları (bunlar qanın laxtalanması ilə bağlı problemlər nəticəsində yaranır) leykemiyanın fərqli əlamətləri adlandırıb. Həmçinin immuniteti zəiflədiyi üçün leykozlu insanlar tez-tez viruslara tutulur və gecələr tərləyirlər.
Bundan əlavə, sümük iliyində anormal hüceyrələrin yığılması səbəbindən oynaq ağrıları meydana gələ bilər. Pediatr həmçinin qasıqda, qoltuqaltında və boyunda böyümüş limfa düyünləri varsa, həkimə müraciət etməyi tövsiyə edib, çünki bunlar da xərçəngin əlamətləri ola bilər.(publik.az)