Manevr.az qaynarinfo-ya istinadən xəbər verir ki, alimlər ölüm anında beyin fəaliyyətini öyrənmək üçün gözlənilmədən nadir fürsət əldə ediblər. Epilepsiya xəstəsi olan 87 yaşlı xəstənin planlı müayinəsi zamanı o, infarkt keçirib. Tədqiqatçılar elektroensefaloqramı - beynin elektrik fəaliyyətinin qeydini yazmağa davam etdirib və ürək dayandıqdan sonra da orqanın bunu göstərməyə davam etdiyini görüblər.
Elmi işə rəhbərlik edən neyrocərrah Ajmal Zemmar fərziyyə irəli sürüb ki, həyatın son anlarında beyin ən vacib xatirələri canlandıra bilir. Bununla belə, alimlər qeyd edirlər ki, daha dəqiq nəticə çıxarmaq üçün əlavə tədqiqatlara ehtiyac var.