Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni qan qrupu kəşf edildi

Tarix: 21-09-2024 09:35     Baxış: 3108 A- / A+
Böyük Britaniyada 50 illik araşdırmalar nəticəsində yeni qan qrupu kəşf edilib.
Manevr.az xəbər verir ki, tədqiqatçıların “MAL” adlandırdıqları yeni kəşf edilmiş qan qrupuna çox az adamın sahib olduğu düşünülür.
İngiltərədə Bristol Universiteti, NHS Qan və Transplant və NHSBT Beynəlxalq Qan Qrupu Referans Laboratoriyasının tədqiqatçıları yeni qan qrupu kəşf etdiklərini açıqlayıblar.
Bu araşdırma ilə varlığı çoxdan məlum olan, lakin sirr olaraq qalan AnWj qan qrupu antigeninin genetik infrastrukturu tamamlanıb. Tədqiqatın nəticələri bu qan qrupu olan xəstələri müəyyənləşdirmək və müalicə etmək üçün istifadə olunacaq.
NHS Qan və Transplantın üzvü, baş tədqiqatçı Luiz Tile bildirib ki, “AnWj”nin genetik fonu 50 ildən çoxdur sirr olaraq qalır və onun həlli uzun bir komanda səyinin nəticəsidir. Nadir qan qrupunun mənfi növü indiyədək yalnız bir neçə insanda aşkarlanıb. Lakin son kəşf sayəsində artıq bu qan qrupuna malik olan digər insanları tapmaq daha asan olacaq.
L.Tilley diqqətə çatdırıb ki, tədqiqat qrupu “AnWj” antigeninin “MAL” zülalında daşındığını aşkarlayıb. Bu qan qrupu olan insanların 99,9 faizindən çoxunda “AnWj” müsbətdir və tam ölçülü “MAL” zülalı bu şəxslərin qırmızı qan hüceyrələrində olur.
Tədqiqat göstərir ki, bir çox insan ABO və RH qan qrupu sistemləri ilə tanış olsa da, başqa qan qrupları da mövcuddur. “AnWj” mənfi və “AnWj” müsbət qan qrupları arasında qanköçürmənin müxtəlif reaksiyalara səbəb ola biləcəyi və hətta ölümlə nəticələnə biləcəyi barədə xəbərdarlıq edilir.publika.az








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar