Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hüseyn Abdullayevi tanınmış həkim müayinə edəcək

Tarix: 19-09-2024 14:56     Baxış: 476 A- / A+


Hüseyn Abdullayevi tanınmış həkim müayinə edəcək - YENİLƏNİB
Cinayət yolu ilə əldə edilmiş 5,5  milyon manat pulu leqallaşdırmaqda ittiham olunan keçmiş deputat Hüseyn Abdullayevin məhkəməsi davam etdirilib. 
Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesə Hüseyn Abdullayev yenidən onlayn qoşulub. 
O, əvvəlki prosesdə mediada yayılan fotosunu əsas gətirərək kamera qarşısına çıxmaqdan imtina edib. Hakim Azər Tağıyev o halın təkrar baş verməməsi üçün bütün lazimi tədbirlərin görüldüyünü nəzərə çatdırsa da, “Quska”  fikrindən daşınmayıb. 
Ancaq hakim bunun mümkün olmadığını bildirdi və vəkil Şəhla Hümbətovanın yanında olmaqla prosesi davam etdirib.Təqsirləndirilən Hüseyn Abdullayevin vəkili müdafiə etdiyi şəxsin səhhəti ilə əlaqədər olaraq ATU-nun professoru Adil Qeybullanın müalicə məntəqəsinə dəvət edilməsi ilə bağlı vəsatət qaldırıb:
“Müdafiə etdiyim şəxsin vəziyyəti ağırdır. O, çəki itirib. Onun müalicə mərkəzində müalicəsinin davam etdirilməsi ilə bağlı vəsatət bundan öncəki prosesdə təmin edilmədi. Lakin bizə bildirdilər ki, məhkəmə icazə versə, bura müayinə üçün həkim gələ bilər. Bu hal yaşanıb. Sadəcə məhkəmənin icazəsi lazımdır”.
Professor Adil Qeybullanın dəvət edilməsi vəsatətinə dövlət ittihamçısı etiraz etsə də, məhkəmə vəsatəti təmin edib. 
Sonra dövlət ittihamçısı Rauf Malışov hakimin təklifi ilə ittiham aktını elan edib. İttiham aktına görə, Hüseyn Abdullayev 2006-2014-cü illərdə cinayət yolu ilə əldə etdiyi 5 milyon 581 min manat pulu bankdakı hesabları vasitəsilə leqallaşdırıb. 
Dövlət ittihamçısı ittiham aktını elan edən zaman Hüseyn Abdullayev səhhəti ilə əlaqədar dayana bilmədiyindən ittiham aktının tam oxumasına etiraz edib. Həmçinin bildirib ki, ittiham aktı saxta tərtib olunub. Həmçinin “Quska” özünü təqsirli hesab etməyib. 
Sonra təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov dövlət ittihamçısına belə bir sual verib: "Cənab prokuror, 2006-2014-cu illərdə bu maddə Cinayət Məcəlləsində var idi?"
Dövlət ittihamçısı Rauf Malışov cavab olaraq bildirib ki, Hüseyn Abdullayevə verilən ittihamı müdafiə edirəm. 
Hakim Azər Tağıyev cinayət işinin sübuta yetirildiyi halda 7 ildən 12 ilədək onu həbs cəzası verilə biləcəyini nəzərə çatdırıb. Təqsirləndirilən Hüseyn Abdullayev istintaqa verdiyi ifadəni təstiq edib. 
Sonra qəbul olunan qərara əsasən, məhkəmə istintaqı ilkin olaraq şahidlərin dindirilməsi ilə başlayıb.
Şahid qismində çıxış edən İlqar Mustafayev bildirib ki, mən Hüseyn Abdullayevi 1994-cü ildən tanıyıram:
“1995-ci ildə isə mən onun restoranında administrator vəzifəsində işləmişəm. Həmçinin mən onun digər obyektlərində işçilərə nəzarət edirdim. Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva mənə etibarnamə vermişdi. Mən onların ödəniş işlərini də həyata keçirirdim. Onların obyektlərindən pul yığırdım. Pulları bəzən nağd özlərinə təhvil verirdim, bəzən də onların bank hesabına köçürürdüm. Tapşırıqları mənə hər üç şəxs verirdi”. 
Şahidin ifadəsi bitdikdən sonra vəkil Günay İsmayılova şahidin istintaq dövründə verdiyi ifadə ilə indiki ifadənin ziddiyyət təşkil etdiyini məhkəməyə bildirib. 
Məhkəmə prosesi oktyabrın 3-ə təyin edilib.
Xatırladaq ki, cinayət işinin istintaqı Baş Prokurorluq tərəfindən aparılıb.
Qeyd edək ki, Hüseyn Abdullayev 2018-ci ildə həbs edilib. O, külli miqdarda maddi ziyan vurmaqla dələduzluqda ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar