Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sünnət tibbi sığortaya daxil edildi

Tarix: 12-09-2024 11:35     Baxış: 369 A- / A+

Bu ilin altı ayında icbari tibbi sığorta ilə 15 mindən çox sünnət əməliyyatı icra olunub.
Manevr.az bildirir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, bu əməliyyatlar icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim göstərişi əsasında həyata keçirilir.
İcbari tibbi sığorta hesabına təminata alınan sünnət cinsiyyət orqanı xərçənginin riskini azaldır. Cərrahi prosedur sayılan sirkumsiziya (sünnət) əməliyyatı cinsiyyət orqanının (pülüyün) üzərində və onu əhatələyən dəridən bir hissəsinin kəsilib çıxarılmasıdır. Prosedur icbari tibbi sığorta hesabına tibbi göstəriş əsasında həyata keçirilir. Prosedur zamanı istifadə olunan anesteziya xidməti icbari tibbi sığorta ilə qarşılanır.
Sünnət olunmazdan əvvəl bir sıra tibbi müayinələrdən keçmək lazımdır. Ümumi sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün ixtisaslı həkim müayinəsi, əlavə olaraq qanın ümumi və bəzi infeksion xəstəliklərin analizi, koaquloqramma (qanın laxtalanması) yoxlanılır. Əməliyyat önü müayinə, laborator analizlər, əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf icbari tibbi sığorta hesabına qarşılanır.





 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar