Xəbər lenti
Saç əkiminin FƏSADLARI

Ancaq saç əkiminin fəsadlarının olub-olmamasıyla bağlı qərarsız qalanlar da var. Bəzi mütəxəssislər düşünürlər ki, saç əkimi zamanı dəriyə infeksiya düşə bilər, bəziləri isə deyirlər ki, saç əkiminin hər hansı bir riski yoxdur.
Bəs əslində necədir? Saç əkimi fəsadlar yarada bilər?
Manevr.az xəbər verir ki, Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verən tibb eksperti Adil Qeybulla bildirib ki, saç əkdirmək orqan nəqlinin növlərindən biridir.
“Saç tökülməsi genetik faktorlarla, yağlı seboreya, bədəndə bəzi vitaminlərin çatışmamasıyla və s səbəblərlə bağlı olur. Saç əkdirməyin orqanizmə hər hansı bir ziyanı yoxdur. Bu, saçın bir yerdən, əsasən, arxa hissədən önə köçürülməsidir. Çünki keçəlləşmə öndən başlayır, alın və təpədə baş verir. Əgər saçın tökülməsi mineral, hormonal çatışmazlıqlarla bağlıdırsa, bunlar bərpa olunur, ancaq genetikdirsə, saç əkdirmə əməliyyatına müraciət etmək olar”.
Bəs saç əkdirmək dəridə infeksiyaların yaranmasına səbəb ola bilər?
“Proses zamanı aseptika, antiseptika qaydaları ciddi şəkildə gözlənilməli, başqa şəxslərdə istifadə olunan alətlər dezinfeksiya olunmalıdır ki, infeksiyalar yaranmasın”,- deyə müsahibimiz fikirlərini tamamlayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar