Xəbər lenti 
					
 
		Saç əkiminin FƏSADLARI
 Saç tökülməsi son illərin ciddi problemlərindən biridir. Xüsusilə,  kişilərin böyük hissəsində 20 yaşdan etibarən saç tökülməsi müşahidə edilir. Buna görə də onların arasında saç əkimi proseduruna daha çox tələbat artıb.
Saç tökülməsi son illərin ciddi problemlərindən biridir. Xüsusilə,  kişilərin böyük hissəsində 20 yaşdan etibarən saç tökülməsi müşahidə edilir. Buna görə də onların arasında saç əkimi proseduruna daha çox tələbat artıb. Ancaq saç əkiminin fəsadlarının olub-olmamasıyla bağlı qərarsız qalanlar da var. Bəzi mütəxəssislər düşünürlər ki, saç əkimi zamanı dəriyə infeksiya düşə bilər, bəziləri isə deyirlər ki, saç əkiminin hər hansı bir riski yoxdur.
Bəs əslində necədir? Saç əkimi fəsadlar yarada bilər?
Manevr.az xəbər verir ki, Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verən tibb eksperti Adil Qeybulla bildirib ki, saç əkdirmək orqan nəqlinin növlərindən biridir.
“Saç tökülməsi genetik faktorlarla, yağlı seboreya, bədəndə bəzi vitaminlərin çatışmamasıyla və s səbəblərlə bağlı olur. Saç əkdirməyin orqanizmə hər hansı bir ziyanı yoxdur. Bu, saçın bir yerdən, əsasən, arxa hissədən önə köçürülməsidir. Çünki keçəlləşmə öndən başlayır, alın və təpədə baş verir. Əgər saçın tökülməsi mineral, hormonal çatışmazlıqlarla bağlıdırsa, bunlar bərpa olunur, ancaq genetikdirsə, saç əkdirmə əməliyyatına müraciət etmək olar”.
Bəs saç əkdirmək dəridə infeksiyaların yaranmasına səbəb ola bilər?
“Proses zamanı aseptika, antiseptika qaydaları ciddi şəkildə gözlənilməli, başqa şəxslərdə istifadə olunan alətlər dezinfeksiya olunmalıdır ki, infeksiyalar yaranmasın”,- deyə müsahibimiz fikirlərini tamamlayıb.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















