Səhhətində problem yaranan və xəstəxanaya yerləşdirilən Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayevin vəziyyəti açıqlanıb.
Manevr.az bildirir ki, bu barədə "Qafqazinfo"ya Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Ə. Mustafayev avqustun 17-si saat 17:30-da Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasına hospitalizasiya olunub. Törədicisi dəqiləşdirilməmiş pnevmoniya diaqnozu qoyulan Ə. Mustafayev ağır vəziyyətdə Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.
Pasiyentə bütün zəruri tibbi xidmətlər göstərilib və vəziyyəti stabilləşdikdən sonra ötən gün Terapiya şöbəsinə köçürülüb. Müalicə tədbirləri davam etdirilir.
Qeyd edək ki, Ə.Mustafayev bir müddət əvvəl infarkt keçirib.
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar