Sizin Reklam Burada
Xəbər lenti
01-08-2026
31-07-2026
30-07-2026
BÜTÜN XƏBƏRLƏR

Kütləvi zəhərlənmələrlə bağlı agentlikdən açıqlama

Tarix: 21-08-2024 16:49     Baxış: 3170 A- / A+
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir neçə gün əvvəl Gəncə və Göygöldə baş verən kütləvi zəhərlənmə hadisələrinin ilkin nəticələrinin məlum olması barədə məlumat yayıb.
Manevr.az agentliyə istinadən xəbər verir ki, Gəncə şəhərində keçirilən yas mərasimində və Göygöldə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində (“Araz”, “Xanlar Yurdu”, “Ağ Ayı”) baş verən kütləvi zəhərlənmə hadisələrinin qida zəhərlənməsi olmaması məlum olub: “Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ibarət mütəxəssis qrupu tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalar aparılıb. Hadisələrin qida zəhərlənməsi ilə bağlı olmadığı məlum olub. Çoxsaylı insanın sağlamlığına zərər verən hadisələrin məişətdə istifadə edilən suyun ikincili çirklənməsi nəticəsində baş verdiyi müəyyən edilib.
Faktla bağlı aidiyyəti orqanlar tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar