Dünyada ilk tam mexaniki süni ürək transplantasiyası ABŞ-da həyata keçirilib.
Manevr.az xəbər verir ki, ABŞ-ın Texas ştatında səhiyyə və texnologiya sahəsi üçün tarixi addım atılıb.
Ürək çatışmazlığı olan xəstəyə mexaniki qapaq olmadan total süni ürək transplantasiyası aparılıb. “BiVACOR” şirkəti tərəfindən hazırlanmış maqnit texnologiyasına malik tam mexaniki ürək ilk dəfə insana implantasiya edilib.
Titan materialdan hazırlanmış bu süni ürək sürtünmə olmadan daha uzun müddət işləmək potensialına malikdir və saatda 12 litr qan pompalaya bilir.
Ürək, xəstəyə yeni bir ürək implantasiya edilənə qədər ehtiyat olaraq bütün bədənə qan pompalamaq üçün nəzərdə tutulmuşdur.
Ürək transplantasiyası gözləyən xəstə süni ürək quraşdırıldıqdan sonra 8 gün sağ qala bilib, daha sonra ona ürək transplantasiyası həyata keçirilib.
Bundan sonra sonra daha dörd xəstənin tədqiqata cəlb edilməsi planlaşdırılır.
ABŞ Milli Sağlamlıq İnstitutu təxminən 100 min xəstənin bu texnologiyadan faydalana biləcəyini proqnozlaşdırır. Dünyada təxminən 26 milyon insan ürək çatışmazlığı ilə mübarizə aparır və yeni texnologiya bu xəstələr üçün perspektivli bir həll təklif edir.lent.az
 Xəbər lenti 
					
 
		Dünyada bir ilk: İnsana titan süni ürək taxılıb

Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















