Çimərlik mövsümü başlayandan uşaqlar arasında halsızlıq, qızdırma, qusma və ishal kimi hallarla müşahidə edilən rotavirusa yoluxma geniş yayılıb.
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı “Xəzər Xəbər”ə danışan həkim Aytən Ziyadovanın sözlərinə görə, rotavirus bağırsaq infeksiyasıdır və bu virusa yoluxma şəxsi gigiyena qaydalarına riayət etmədikdə baş verir.
Rotavirus infeksiyası özünü bir neçə formada biruzə verə bilər. Məsələn, bir neçə gün ərzində qusma, 3-7 gün ərzində ishal, qarında ağrılar, bədən temperaturunun qalxması, kəskin respirator virus infeksiyası simptomları, zəiflik, baş gicəllənməsi bu virusun əlamətidir.
Həkim onu da qeyd edib ki, virusa qarşı istifadə edilə biləcək antibiotik və ya antiviral müalicə yoxdur. Məqsəd su və elektrolit itirilməsinin qarşısını almaqdır. Müalicə simptomların aradan qaldırılmasına əsaslanır.
Xəbər lenti
Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - XƏBƏRDARLIQ
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar