Əzalardakı ağrı qan dövranının zəif olduğunu göstərə bilər.
Manevr.az xəbər verir ki, bu barədə “MedicalXpress”ə Baylor Tibb Kollecinin (ABŞ) dosenti Veenadhari Vanq məlumat verib.
Onun sözlərinə görə, ayaqda və ya ayaq barmaqlarında, baldırlarda və ya ombalarda yaraların yavaş sağalması, kramp, uyuşma və ağrı qan dövranının zəif olduğunu göstərə bilər.
Həkim qan dövranının zəif olmasının öz növbəsində ürək və qaraciyərin fəaliyyətinə mənfi təsir göstərdiyini bildirib. O, qan dövranının zəifləməsinin ən çox görülən əlamətlərinin əzalarda sancma, bıçaqlanma hissi və ağrı olduğunu deyib:
“Bəzən ağrı "yanğı" hissi kimi ola bilər. Bu cür ağrı ayaqlarda və ya barmaqların ön hissəsində daha çox hiss ediləcək. Qan dövranı pozğunluqları gəzintidən sonra bud, baldır və ya ombada ağrı kimi də özünü göstərir. Bu patologiyanın digər simptomları yaraların yavaş sağalması və dərinin solğunluğudur”.
Həkim izah edib ki, orqanizm həyati orqanlara normal qan axını saxlamağa çalışır, ona görə də qan dövranının zəifləməsi əlamətləri adətən ilk növbədə xarici orqanlarda müşahidə olunur.
O, qan dövranının zəifləməsinin çoxsaylı ekoloji və genetik faktorlar, eləcə də qeyri-sağlam həyat tərzi seçimləri nəticəsində yarandığını qeyd edib.
“Ateroskleroz - qan damarlarının divarlarında xolesterin və yağ laxtalarının yığılması - damarları daralda və qanın axmasına mane ola bilər.
Bədəndə hipertoniya və iltihab da qan axınına mənfi təsir göstərir.
Diabeti olanlar, siqaret çəkənlər də qan dövranı problemi riski altındadır”, - deyə mütəxəssis diqqətə çatdırıb.
Həkim qan dövranı ilə bağlı problemlərin ürək və qaraciyər kimi mühüm daxili orqanların işində pozulmalara səbəb ola biləcəyini vurğulayıb.medicina.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar