Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zəhərlənmə zamanı nə etməliyik?

Tarix: 18-07-2024 09:49     Baxış: 4100 A- / A+

Yayda istilər səbəbindən qida zəhərlənməsi riski artır.
Rusiyalı qastroenteroloq Oksana Yanova zəhərlənmədən sonra orqanizmi bərpa etməyin yollarından danışıb.
Manevr.az bildirir ki, Oksana Yanova qeyd edib ki, ilk növbədə çox miqdarda su içmək lazımdır, çünki bu, zəhərlənmə zamanı bədəndə yaranan susuzlaşmanın qarşısını almağa və toksinlərin kənarlaşdırılmasına kömək edir. Qastroenteroloqun sözlərinə görə, su kiçik qurtumlarla içilməlidir ki, qusmağa səbəb olmasın.
Zəhərlənmədən sonra bərpa zamanı bədəni ağır qidalarla yükləmək olmaz. Asan həzm olunan qidalardan ibarət menyu hazırlamaq məsləhətdir ki, məsələn, düyü, banan, tostlar, toyuq bulyonu kimi qidalardan istifadə etmək olar. Həmçinin bağırsaq mikroflorasını bərpa edən probiyotiklər də bu məsələdə xeyirli ola bilər. Probiyotiklər, məsələn, müəyyən yoqurtların və ya xüsusi əlavələrin tərkibində olur.
"İstirahət edin, bədəninizə bərpa olunmaq imkanı verin. Yuxu və istirahət immunitet sisteminə infeksiya ilə mübarizə aparmağa kömək edir. Əgər simptomlar 48 saat ərzində keçmirsə və ya daha da pisləşirsə, o zaman mütləq mütəxəssisə müraciət edin", - deyə həkim vurğulayıb.oxu.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar