Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bu ərzaqları soyuducuda saxlamaq olmaz

Tarix: 09-07-2024 19:42     Baxış: 3118 A- / A+
Hansı ərzaqları soyuducuda saxlamaq ziyandır
Bəzi qidaların soyuducuda saxlanması sağlamlıq üçün böyük əhəmiyyət kəsb edir. Yeməyin saxlanma şəraiti onun növündən asılı olaraq dəyişir. Məsələn, bəzi ədviyyatlar otaq temperaturunda saxlanmağa uyğundur, digərləri isə soyuducuda saxlanmalıdır.
Manevr.az axşam.az-a istinadən bildirir ki, qidaların saxlanma şəraiti də müxtəlifdir. Bəzi qidalar soyuducuya qoyulduqda dadı dəyişir və keyfiyyətini itirir. Soyuducuda saxlanmaması lazım olan qidalar bunlardır:
Ən şəfalı qidalardan biri olan avokado uzun müddət yetişən qidalardandır. Alındıqda yumşaq deyilsə, yetişmə prosesini tamamlamaq üçün soyuducuda deyil, qaranlıq bir mühitdə saxlanmalıdır.
Kartofun görünüşü dəyişmədiyi üçün onun xarab olduğunu anlamaq çox çətindir. Onun qoxusu və dadı yaşadığı mühitdən asılı olaraq dəyişir. Soyuducuda saxlandıqda onun görünüşü dəyişməz qalır, lakin dadı pisləşir.
Soyuq və rütubətli mühit qəhvənin teksturasını pozur və onu nəmləndirir. Rütubətli mühit həm qəhvənin keyfiyyətinə təsir edir, həm də dadını korlayır.
Antibakterial xüsusiyyətinə görə orqanizmdə infeksiyaya son verən sarımsaq, soyuducuda saxlandıqda bakteriya əmələ gətirə bilir. Sarımsaq sərin və qaranlıq mühitdə saxlandıqda qida dəyərini qoruyur.
Şəkərlənməyə çox həssas olan bal və mürəbbələr soyuducuda saxlandıqda qida dəyərini və maye formasını itirir.
Avokado kimi yetişməyə davam etdiyi üçün banan soyuducuda deyil, otaq temperaturunda saxlanmalıdır.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar