Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

İcbari tibbi sığorta bu əməliyyatı da qarşılayır

Tarix: 09-07-2024 12:22     Baxış: 4108 A- / A+

Orta qulağın kəskin iltihabı (kəskin orta otit) əsasən uşaqlarda tez-tez rast gəlinən xəstəliklərdən biridir.
Manevr.az xəbər verir ki, orta qulağa infeksiyanın keçməsi nəticəsində iltihabi prosesin uzun müddət davam etməsi təbil boşluğunda irinli mayenin toplanmasına səbəb olur. Xəstəliyin müalicəsi məqsədi ilə ilkin olaraq həkim tərəfindən medikamentoz müalicə təyin olunur. İltihab və infeksiyanın bir neçə ay ərzində təkrar olunması fonunda şiddədli və ya davamlı qulaq ağrısı, eşitmə zəifliyi, mayenin təsiri altında təbil pərdəsinin şişməsi zamanı mirinqotomiya və ya timpanostomiya əməliyyatlarına ehtiyac yaranır.
Mirinqotomiya eşitmə borusunun keçiriciliyini bərpa etmək məqsədi ilə aparılan cərrahi müdaxilədir. Mirinqotomiya zamanı təbil pərdəsində kəsik açılır və orada yığılan irinli maye xaric edilir. Prosedurdan sonra pasiyent özünü daha yaxşı hiss etməyə başlayır. Bir müddət tıxanıqlıq hissi müşahidə edilsə də qulaqda eşitmə normallaşır. 7-10 gündən sonra təbil pərdəsində açılan kəsik, çapıq izi və ya digər mənfi fəsadlar olmadan tam sağalır.
Kəskin orta otit təkrar olunduqda və iltihablanma 3 aydan artıq davam etdikdə yığılan mayenin xaric edilməsi məqsədi ilə qulağa müvəqqəti qulaq borusu (timpanostomik boru) yerləşdirilir. Timpanostomiya adlanan bu cərrahi prosedur böyüklərdə adətən yerli keyitmə, uşaqlarda isə ümumi anesteziya altında otolarinqoloq tərəfindən icra olunur.
Qulaq boruları orta qulaqda bir neçə dəfə infeksiya keçirmiş (kəskin orta otit) uşaqlarda daha çox yerləşdirilir. Mayənin drenajı ilə yanaşı, qulaq borusu ventilyasiyanı təmin edərək orta qulaqda mayenin yığılmasının qarşısını alır.
Böyüklərdə timpanostomik boru adətən, uçuş və ya dayvinq zaman baş verən təzyiq dəyişikliyi (barotravma) nəticəsində şiddətli qulaq ağrısının müalicəsi məqsədi ilə taxılır. Müalicə olunmazsa, nitqdə çətinliklər və ya daimi eşitmə itkisi kimi daha ciddi fəsadlara gətirib çıxara bilər.
Əksər hallarda qulaq borusu 9-18 ay ərzində özü düşür və qulaq pərdəsində açılan kəsik tam sağalır. Qulaq borusu 2 il ərzində özü düşmürsə həkim tərəfindən çıxarılır.
2022-2024-cü il (ilk 4 ay) tarixlərində icbari tibbi sığorta ilə qulağa borunun taxılması (timpanostomiya) ilə birlikdə 96 mirinqotomiya əməliyyatı icra olunub.
Xəstəliyin diaqnostikası üçün otolarinqoloq tərəfindən otoskopiya, audiometriya (eşitmənin dəyərləndirilməsi), timpanometriya (təbil pərdəsinin funksionallığının qiymətləndirilməsi) və endoskopik müayinələr aparılır. Kəllədaxili patologiyaya şübhə olduqda həkim tərəfindən KT və MRT diaqnostik müayinələri təyin oluna bilər. Xəstəliyin diaqnostikası və cərrahi müalicəsi, əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf (qulaq borusu), ehtiyac yaranarsa qulaq borusunun çıxarılması icbari tibbi sığorta ilə qarşılanır.
Mirinqotomiya və timpanostomiya TƏBİB-in tabeliyindəki tibb müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində göndəriş əsasında icra olunur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar