Xəbər lenti 
					
 
		Əhali arasında rotavirus və konyuktivit yayılır - VİDEO

Son günlər əhali arasında rotavirus və göz xəstəlikləri ilə bağlı şikayətlər çoxalıb. İnsanlar qarın boşluğunda ağrılar, yüksək hərarət, uzun müddət davam edən qusma, ishal, həmçinin gözlərdə konyuktivit əlamətləri ilə xəstəxanalara müraciət edirlər.
Manevr.az xəbər verir ki, bu barədə İctimai TV süjet hazırlayıb.
İnfeksionist Aygül Əhmədovanın sözlərinə görə, həm uşaqlar, həm də böyüklər arasında yayılan rotavirus infeksiyasının sağalma müddəti 10 günə qədər davam edir. Xəstəxanaya müraciət edən hər 10 nəfərdən 3-4-ü bu xəstəlikdən əziyyət çəkir.
O qeyd edib ki, xəstə müalicə ilə yanaşı, çoxlu maye də qəbul etməlidir.
Həkimlər, həmçinin gözlərdə quruluq və konyuktivit əlamətlərinin də geniş yayıldığını bildirirlər. Xüsusən də, bu xəstəliklə təkrar müraciət edənlərin sayı çoxdur. Xəstəliyin artmasına isti havanın da təkan verdiyi vurğulanır.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















