Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

"15-17 yaşlı hamilələri doğuşa buraxmaq olmaz" - Həkimdən AÇIQLAMA

Tarix: 24-06-2024 18:05     Baxış: 4137 A- / A+
Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova parlamentdə "Sağlam ailə modeli və nikah hüququ" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı son 10 ildə Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sayının artdığını və ana ölümlərinin statistikasını təhlil edərkən, qadınların daha çox ikinci və üçüncü hamiləlik nəticəsində doğuş zamanı dünyasını dəyişdiyini bildirib.
Manevr.az bildirir ki, mövzu ilə bağlı demokrat.az-a danışan ali dərəcəli həkim, ginekoloq Səkinəxanım İsmayılova bildirib ki, erkən nikah və erkən hamiləlik qadın bədəni üçün həddən artıq çox fəsadlar törədir.
Səkinəxanım İsmayılova vurğulayıb ki, 15-17 yaşlı orqanizm hələ mükəmməlləşməyib, möhkəmlənməyib və bir həkim kimi erkən yaşda evlənməyi düzgün hesab etmirəm:
"Adətən, 15-17 yaşında olan hamilələri heç vaxt doğuşa buraxmaq olmaz. Çünki onlar hələ buna hazır deyil. Çünki orqanizmin özü hələ yetişkənlik dövrünə çatmayıb. Ona görə də erkən yaşda hamilə pasiyent ilə qarşılaşdıqda onları ancaq qeysəriyyə əməliyyatı etmək lazımdır".
Həkimin sözlərinə görə, gələcəkdə irsi xəstəliklər üz qaşlaşmamağımız üçün qohum evliliyini məhdudlaşdırmalıyıq:
"Bundan başqa, qohum evliliyi də çox böyük fəsadlar verir. Qohumla evlilik zamanı immunitetdə, bədəndə bir patoloji hal varsa, bu uşağa keçir. Ümumiyyətlə, evlilikdən əvvəl bütün analizlər verilməlidir. İrsi xəstəliklər, qan qrupunun uyğun olub-olmaması mütləq şəkildə yoxlanılmalıdır ki, gələcəkdə problem ilə üz-üzə qalmayaq. Pasiyentlərimdə qohum evliliyi zamanı baş verən problemlərlə dəfələrdə rastlaşmışam. Bir xəstəm vardı, 3 uşağı bətnində inkişafdan qalmışdı. 4-cü hamiləliyində 7 aylığında gəlmişdi. Doğumuna az qalmışdı. Doğuşdan 24 saat sonra körpə həyatını itirdi. Körpədən götürülən analizlər nəticəsində onda irsi xəstəlik olduğu üzə çıxdı. Daha sonra məlum oldu ki, həmin qadın öz qohumu ilə evlənmişdi. Buna görə də, qohum evliliyinin tamamilə əksinəyəm".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar