Pəhriz saxlayanlar üçün ən ideal qəlyanaltı alternativi ağ ləbləbidir.
Manevr.az xəbər verir ki, noxud sağlamlığa faydaları ilə diqqət çəkən qidalardan biridir. Noxuddan hazırlanan ağ ləbləbi aclığı yatızdırır. Sürətli və sağlam şəkildə arıqlamaq istəyənlər bu çərəzə üstünlük verirlər.
Ləbləbi olduqca faydalıdır, çünki tərkibində sağlam yağlar var. Bədənin ehtiyac duyduğu bəzi vitamin və mineralları da qarşılayır.
Ağ ləbləbi pəhriz saxlayanların tez-tez üstünlük verdiyi çərəzlərdən biridir. Xüsusilə idmançıların idmandan əvvəl istehlak etdikləri bu qidanın tərkibində natrium, kalium, kalsium, dəmir, zülal, lif, A vitamini və C vitamini var.
Ağ ləbləbi zülal və liflə zəngindir. Bu xüsusiyyətləri sayəsində toxluq hissini artıra və həzmi tənzimləyə bilər. Bağırsaq sağlamlığını qoruduğu üçün həzmsizlik kimi problemlərin aradan qaldırılmasına kömək edir.
Tərkibindəki kalsium, fosfor və maqnezium kimi minerallar sayəsində sümük sağlamlığını dəstəkləyir. Ehtiva etdiyi kompleks karbohidratlar sayəsində isə enerji səviyyələrini artırır.
Xolesterolu tənzimləmək istəyirsinizsə, ağ ləbləbi sizin üçün yaxşı seçim olacaq. Onun tərkibindəki lif xolesterol səviyyəsini tarazlaşdıra və ürək sağlamlığını qoruya bilər.
tərkibindəki natrium isə qanda təzyiqi tarazlaşdırır. Bu sayədə yüksək təzyiq kimi ciddi vəziyyətlərin qarşısı alınır.
Ləbləbi orqanizmi antioksidantlarla təmin edir. Antioksidantlar sərbəst radikallarla mübarizə apararaq hüceyrə zərərini azalda bilər.
Ağ ləbləbi qan şəkərini balanslaşdırdığı üçün diabet riskini də aradan qaldırır.
Bu çərəz ehtiva etdiyi A vitamini sayəsində göz sağlamlığını qoruyur.
Bununla belə, ağ ləbləbinin həddindən artıq istehlakı, tərkibindəki yüksək miqdarda olan duz səbəbiylə xüsusilə ürək və ya böyrək xəstəliyi olan insanlar üçün sağlamlıq problemlərinə də səbəb ola bilər.medicina.az
	   
	    
		
	 Xəbər lenti 
					
 
		Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















