Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

21 gün şəkər istifadə etməyin, nəticəni görün

Tarix: 10-06-2024 08:46     Baxış: 3150 A- / A+

Orqanizmin sağlam olması üçün gündəlik istifadə etdiyimiz duz və şəkərdən mümkün qədər uzaq durmaq lazmdır. Şəkəri qida rasionundan çıxartdıqda orqanizmdə bir çox müsbət dəyişikliklər baş verir. Bu dəfə 21 gün ərzində şəkər qəbul etməməyin orqanizmə təsirindən danışacağıq. Bəs niyə məhz 21 gün?
Manevr.az xəbər verir ki, elmi olaraq sübut edilib ki, istənilən vərdişə yiyələnmək və şüuraltı olaraq bunu alışqanlıq halına gətirmək üçün gərəkli olan müddət minimum 21 gündür. Bu səbəbdən şəkəri həyatınızdan çıxartmaq istəyirsinizsə, 21 gün aşağıdakılara əməl etməlisiniz.
21 gün boyunca bu qidalardan uzaq durmalısınız:
Şəkər və tərkibində şəkər olan qidalardan: keks, şokolad, dondurma, meyvəli yoqurt, pudinq, şirin çay, qəhvə və s.
Un məmumlatlarından: ağ çörək, makaron, börək, simit və bu qəbildən olan bütün şirniyyat və məhsullardan.
Tam buğda, çovdar şörəyi, yulaf, bulqur, qreçka, kinoa isə yeyə bilərsiniz. Adı çəkilən bitkilərdən müxtəlif şirniyyatlar da hazırlamaq mümkündür ki, şəkər qatmadan (bəkməz və ya balla hazırlayın) istehlak edə bilərsiniz.
Həmçinin: çips, kola, peçenye, meyvə suları kimi qidalardan uzaq durun.  
Şəkər yalnız bu formada istehlak edə bilərsiniz:
2-3 dilim meyvə, 1 qaşıq bal və ya bəkməz, 2 dilim (10 qram) bitter şokolad.
Mütləq olaraq:
Spirtli içkilərdən istifadə etməyin.
Gün ərzində 2,5-3,5 litr su için.
Gün ərzində 6-8 saat yuxu yatın.
Gündə ən azı 30 dəqiqə gəzin.
21 gün ərzində bunları yemək olar:
Az yağlı ət, toyuq əti, balıq, yumurta, pendir, mərcimək, noxud, qırmızı lobya, süd, kefir, ayran, mövsümə uyğun meyvələr (qədəri yuxarıda qeyd olunub), qurudulmuş meyvələr (gündə 2-3 ədəd), badam, fındıq, fısdıq, qoz, balqabaq toxumu, avokado, çia toxumu, kakos, kakao, az miqdarda duz.
Pəhrizinizi bu siyahıda qeyd olunanlara əsasən tərtib edərək həm də sağlam arıqlaya bilərsiniz.(axşam.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar