Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

40 yaşdan yuxarı şəxslərin DİQQƏTİNƏ - Həkimdən XƏBƏRDARLIQ!

Tarix: 06-06-2024 19:39     Baxış: 5162 A- / A+

Dünya əhalisinin 65%-də göz xəstəliklərinə rast gəlinir. Görmə problemi insanların həyat fəaliyyətinə də mənfi təsir göstərir.
Bəs görmə problemini yaradan əsas faktorlar nədir?
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı sfera.az-a danışan həkim oftalmoloq Kəmalə Əliyeva bildirib ki, görmənin pisləşməsi, əsasən, 40 yaşdan yuxarı insanlarda rast gəlinir.
"Bu xəstəlik yarandıqda insan kitabda, kompüterdə və telefonda yazılanları yaxından görməkdə və oxumaqda çətinlik çəkir. Həmçinin yaxın məsafədə olan obyektləri aydın görə bilmir. Görmədəki bu dəyişikliklər 40 yaşdan sonra meydana çıxmağa başlayır. Bu problem presbiopiya adlanır. Təbii qocalma prosesində göz linzaları sərtləşir və onların elastikliyi azalır. Həmçinin gözdəki siliyer əzələlər yaşla bağlı olaraq zəifləyir. Bu əzələlər yaxın və uzaq obyektlərə fokuslanarkən lensin formasını idarə etməyə kömək edir".
Kəmalə Əliyeva qeyd edib ki, presbiopiya zamanı isə linzanın sərtləşməsi və siliyer əzələlərinin zəifləməsi nəticəsində düzgün fokuslanma çətinləşir.
"Linza işıq torlu qişanın arxasına fokuslanır və yaxınlıqdakı obyektlərə baxarkən bulanıq görməyə səbəb olur. İstifadə etdiyimiz telefonlar, planşetlər və kompyuterlər də görmənin pisləşməsinə səbəb olan faktorlardandır. Məhz bu baxımdan smartfonlardan istifadəni maksimum azaltmalıyıq. Görmənin pisləşməsinin qarşısını almaq üçün gün ərzində 3-4 dəfə göz gimnastikası etmək vacibdir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar