Sizin Reklam Burada
Xəbər lenti
26-06-2024
25-06-2024
BÜTÜN XƏBƏRLƏR

Səbəbsiz qeysəriyyə əməliyyatları – Bu üsulla ana olanların sayı niyə ARTIR?

Tarix: 06-06-2024 12:55     Baxış: 471 A- / A+
Son illər qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən qadınların sayı artıb. Hətta həkim analizlərindən yüksək nəticə ilə çıxan və ciddi problemi olmayan qadınlarımız belə, qeysəriyyə əməliyyatına üz tuturlar.
Hər bir cərrahi müdaxilə insan orqanizmində müəyyən izlər qoyur. Qeysəriyyə əməliyyatı da istisna deyil. Hazırda bu əməliyyat dünyada ən çox yayılmış on əməliyyatdan biri hesab edilir.
Manevr.az-ın məlumatına görə, ginekoloq Rəşad Sultan Bizim.Media-ya açıqlamasında bildirib ki, qeysəriyyənin riskləri təbii doğuşdan daha çoxdur:
“Biz ona görə hamilələrə təbii doğuş məsləhət görürük. Təsəvvür edin ki, doğuş zamanı qanaxma, infeksiya, tromembaliya, yəni qanın damarda laxtalanmsı kimi risklər varsa, qeysəriyyədə bunlar daha çoxdur. Bir az da dəqiqləşdirib desək, qeysəriyyədə olan risklər doğuşdakından ikiqat yüksəkdir. Belə düşünək, qeysəriyyə = doğuş + əməliyyat. Amma doğuşun gedişatında təhlükə yaranırsa, o zaman göstərişlə qeysəriyyə etmək lazımdır. Yəni biz səbəbsiz qeysəriyyələrə “yox” deyirik”. 
Rəşad Sultan təsdiqləyib ki, bir çox həkimlər tibb elminin protokollarından kənara çıxırlar:
“Bu məsələdə həkim və xəstə psixologiyası nəzərə alınmır. Qınamaqla da iş düzəlmir. Həkim xəstə qarşısında birbaşa cavabdehlik daşıyır. Gecədən doğmaq istəyən qadına görə həkim yuxusuz qalmalı, doğuş prosesində olmalıdır. Bu zorundalıq həkimi qeysəriyyəyə meyil etməyə sövq edir. Halbulki biz sovet dövründə necə görmüşdük və ya elə inkişaf etmiş ölkələrdə də belədir ki, səhər saat 8-də gəlib növbəni və doğan xəstəni təhvil alırsan, tibbi protokollara uyğun olaraq onu təqib edirsən, sonra da növbəti həkimə təhvil verirsən. 
Amma bizdə nə olur, gecə saat 2-də sancı ilə gələn xəstəni götürürsən, beş dəqiqədən bir yaxınları zəng edir ki, “doktor, niyə doğmadı, niyə bitmədi”. Belə olan halda da, həkim bezir. Həkim də insandır, bu cəmiyyətin üzvüdür. Yəni çox vaxt həkimlər təbii doğuşu ona görə istəmirlər. 
Çox vaxt deyirlər ki, qeysəriyyə baha olduğu üçün həkimlər bilərək doğuşu uyğun görmürlər. Lakin bu fikir kökündən yalnışdır. Çünki həkimin qeysəriyyədə stabil qazancı yoxdur. Əlavə alınan 200-300 manat əməliyyatxanaya, anestezioloqa gedir, həkimin cibinə girmir. Şəxsən mən təbii doğuşdan daha çox pul alıram. Çünki doğuş çox əziyyətlidir”. 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar