Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Arıqlamaq üçün bu yağı içməyin, təhlükəlidir

Tarix: 06-06-2024 08:44     Baxış: 3163 A- / A+

Sosial mediada sürətlə yayılan yeni trend təhlükə saçır.

Manevr.az medicina.az-a istinadən xəbər verir ki, izləyici sayı çox olan bəzi sağlamlıq səhifələri gənəgərçək yağı içərək arıqlamağın mümkün olduğu, hətta bu yağın xərçəngi müalicə etdiyi ilə bağlı məlumatlar yayıblar. Ancaq mütəxəssislər bunun çox təhlükəli üsul olduğunu, gənəgərçək yağı içənlərin müxtəlif sağlamlıq problemləri yaşayacaqları ilə bağlı xəbərdarlıq edirlər.

Ekspertlər qeyd edirlər ki, saç qulluğunda uzun müddətdir istifadə edilən gənəgərçək yağının daxilə qəbulu yolverilməzdir.

Gənəgərçək yağı içənlərin üzləşdiyi ən yüngül simptomlar şiddətli qarın ağrısı və ishaldır. Qəbul edildikdən sonra gənəgərçək yağı prostaglandin reseptorlarını aktivləşdirir, məzmunu tam həzm etməyə və bərk nəcis əmələ gətirməyə vaxt vermədən nazik bağırsaqda daralmalara səbəb olur.

Mütəxəssislər xəbərdarlıq ediblər ki, gənəgərçək yağı bağırsaqda mayenin udulmasına mane olur və bağırsaq hərəkətlərini sürətləndirir. Bu vəziyyət orqanizmin qidalanmasına mane olaraq bədəndə susuzluğa və elektrolit balansının pozulmasına gətirib çıxarır.

Bu yağı içməyin uzunmüddətli istifadəsi zamanı əks təsirlər daha dəhşətli ola bilər. Ona görə də onu içməkdən çəkinmək lazımdır.

Həkimlər vurğulayırlar ki, gənəgərçək yağının arıqlatdığı və ya xərçəng kimi ciddi xəstəliklərə təsir etdiyinə dair heç bir elmi sübut yoxdur.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar