Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qaraciyər 500 funksiya yerinə yetirir - Həkim

Tarix: 03-06-2024 08:34     Baxış: 3203 A- / A+


Qaraciyər xəstəlikləri ilkin mərhələlərdə heç bir əlamət verməyə bilər. Hətta çox aktiv iltihabi proses getdikdə belə xəstəni bir o qədər narahat etmir. Bu da xəstəliyin aşkarlanmasını çətinləşdirir. Xəstəliyə yoluxmamaq üçün vaxtında virus əleyhinə peyvənd vurulmalıdır.

Manevr.az xəbər verir ki, bu barədə Aztibb.az-a məlumat verən Diaqnoz Tibb Mərkəzində Baş həkimin müalicə işləri üzrə müavini, terapevt-hepatoloq Tofiq Əkbərov bildirib ki, qaraciyər orqanizmdə 500-dən çox metobolik funksiya yerinə yetirən ən böyük orqandır. O, qanda olan toksinləri, dərman maddələrini, alkoqolu zərərsizləşdirib orqanizmdən çıxarır, qan laxtalanma faktorlarını sintez edib qanın laxtalanma prosesini təmin edir və maddələr mübadiləsində iştirak edir.

Həkimin sözlərinə görə, bu funksiyalarda zəifləmə baş verdikdə orqanizmdə zəiflik, iştahasızlıq, halsızlıq, arıqlama, sarılıq və digər simptomlar yaranır. Hepatozlar qaraciyərin piy distrofiyası (yağ hüceyrələrinin normadan 10 faiz və ya daha çox artması) nəticəsində əmələ gəlir. Buna qaraciyərin piylənməsi deyilir.

"Qaraciyər xəstəliklərinin klinik əlamətləri zəif olduğuna görə hər bir insan vaxtaşırı qaraciyərin sağlamlığını müayinələrlə yoxlamalıdır", - Tofiq Əkbərov əlavə edib.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar