Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bədənimizdə vitamin çatışmazlığını necə bilək?

Tarix: 28-05-2024 16:36     Baxış: 3121 A- / A+

Vitaminlər orqanizmdə mühüm rol oynayır. Belə ki, onlardan hansısa birinin çatışmaması müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Yəni hər bir vitamin çatışmazlığının özünəməxsus əlamətləri var. İnsan, əlamətlərə əsasən, hansı vitamin çatışmazlığından əziyyət çəkdiyini təxmini müəyyən edə bilər.
Manevr.az xəbər verir ki, həkim-terapevt Rasif Bağırov bildirib ki, çox vaxt vitamin çatışmazlığı gözlərdə problemə səbəb olur, görmə qabiliyyətini zəiflədir:
“Çünki gözün hər şeyi rəngli görə bilməsi A vitamini ilə bağlıdır. Gün ərzində insan nə qədər televizorda rəngli kadrlara baxırsa, bir o qədər A vitamini sərf edir. A vitamini saçın möhkəmliyi üçün vacibdir, o, keratinin sintezində iştirak edir. Amma A vitamini normadan artıq olanda qaraciyərdə müəyyən xəstəliklər yaradır”.
Terapevt bildirib ki, B vitamin çatışmazlığı isə adətən, mədə-bağırsaq və sinir sistemində problemlər yaradır:
“Lakin B1-B12 vitaminlərinin çatışmazlığı ayrı-ayrılıqda xəstəliklər yarada bilir. B1 çatışmazlığı beri-beri xəstəliyini yaradır. Beri-beri olduqca ağır xəstəlikdir. B1 çatışmazlığı həm də mədə-bağırsaq sisteminin pozulmasına da gətirib çıxarır. Ona görə də şəkərli diabet olan xəstələrin ayaqlarında neyropatiya yaranır. Bunun üçün şəkər xəstələrinə qara çörək məsləhət görülür.
C vitamin çatışmazlığı isə dişin dibində irinli yaralar əmələ gətirir. C vitamini həm də antioksidant maddə olduğuna görə orqanizmin hüceyrələrinin müdafiə sistemində çox yaxşı iştirak edir.
D vitamini isə orqanizmi kalsiumla təmin edir. Kalsium isə dəri, əzələ və sümük sisteminin möhkəmlənməsinə yardım edir. Yəni D vitamini çatışmayanda bədəndə kalsium da azalır”.bizim.media

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar