Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Nazirlik elektron reseptlərlə bağlı əhaliyə müraciət etdi

Tarix: 24-05-2024 14:39     Baxış: 3199 A- / A+
Nazirlik elektron reseptlərlə bağlı əhaliyə müraciət etdi

Nazirlər Kabinetinin 2023-cü il 14 aprel tarixli Sərəncamına əsasən, Səhiyyə Nazirliyi 2024-cü il may ayının 1-dən etibarən ölkədə səhiyyə sahəsində rəqəmsallaşdırma çərçivəsində önəmli addımlardan olan Elektron Resept Platformasını istifadəyə verib.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, kağız blanklar üzərində əl ilə yazılan reseptlərdən fərqli olaraq, elektron reseptin itirilməsi, zədələnməsi mümkün deyil. Elektron reseptlərdə yalnız dövlət qeydiyyatından keçən və qiymətləri Tarif Şurası tərəfindən təsdiqlənən dərman preparatlarının təyin edilməsi və apteklər tərəfindən satışı nəzərdə tutulur. Bu da öz növbəsində əhaliyə keyfiyyətsiz və vaxtı ötən dərman preparatlarının satışının qarşısını alır, eyni zamanda, şəffaf qiymətləndirmə ilə yanaşı, onların istehlakçı hüquqlarının qorunmasına xidmət edir.
 
Səhiyyə Nazirliyi vətəndaşları öz istehlakçı hüquqlarının qorunması naminə, reseptlərinin təyin və təmin olunması zamanı ilə bağlı bu prosesləri “Elektron resept” tətbiqi vasitəsilə aparılması üçün təşəbbüs göstərməyə və buna əməl etmələri üçün həm təyin edən tibb işçiləri, həm də əczaçılardan tələb etməyə çağırır.
 
Buna əməl edilmədiyi təqdirdə, vətəndaşların Səhiyyənin İnformasiyalaşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən “Qaynar xətt” nömrələri ilə (099412-431-38-28; 099455 531-38-28 (“WhatsApp”) əlaqə saxlamağı tövsiyə edilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar