Sizin Reklam Burada
Xəbər lenti
19-09-2026
18-09-2026
BÜTÜN XƏBƏRLƏR

Başkent Universitetinin Azərbaycan nümayəndəliyinin açılışı olub -ŞƏKİL

Tarix: 20-05-2024 19:53     Baxış: 3815 A- / A+

Türkiyənin nüfuzlu ali təhsil ocaqlarından olan Başkent Universitetinin Azərbaycan nümayəndəliyinin açılışı olub.
Açılış mərasimindən öncə Başkent Universitetinin nümayəndə heyəti Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını, “Türk Şəhidliyi” abidəsini ziyarət ediblər, gül dəstələri qoyublar.

Bu barədə Manevr.az-a açıqlama verən deputat, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirdi ki, sonra universitetin Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, 117k ünvanında yerləşən nümayəndəliyinin açılış mərasimi keçirilib:
"Nümayəndəliyin açılmasında məqsəd Azərbaycan vətəndaşları üçün tibb təhsili və müalicə imkanları yaratmaqdır. Başkent Universiteti xəstəxanalarında əsasən orqan nəqli, plastik cərrahiyyə, beyin cərrahiyyəsi, travmatologiya, ortopediya və onkoloji xəstəliklərlə bağlı tibbi xidmətlər göstərilir", M.Məmmədli vurğuladı.

Qeyd edək ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Başkent Universitetinin qurucusu professor Mehmet Haberal, rektor professor Hakan Özkardeş, TƏBİB-in məsul şəxsləri, Milli Məclisin deputatları, tanınmış həkimlər, iş adamları, eyni zamanda, Başkent Universitetinin məzunları iştirak ediblər.

Nigar N. 
Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar