Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

İqlim dəyişikliyi bu xəstələrə mənfi təsir göstərir

Tarix: 19-05-2024 11:11     Baxış: 3213 A- / A+



İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir.
Manevr.az xəbər verir ki, bu barədə Los-Ancelesdəki Kaliforniya Universitetinin himayəsi altında fəaliyyət göstərən bir qrup alimin apardığı tədqiqatın nəticələrində bildirilir.
“The Lancet Neurology” jurnalında qeyd olunur ki, 1968-ci ildən 2023-cü ilə qədər dünyada nəşr olunan 332 məqaləni təhlil etdikdən sonra nevroloq Sanjay Sisodiyanın başçılığı ilə tədqiqatçılar iqlim dəyişikliyinin nevroloji xəstəliklərə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə biləcəyini vurğulayırlar.
Komanda iqlim dəyişikliyinin narahatlıq, depressiya və şizofreniya da daxil olmaqla, bir neçə ciddi, lakin ümumi zehni xəstəliklərə təsirini təhlil edib.
"İqlimin bəzi beyin xəstəliklərinə, xüsusən də insult və sinir sistemi infeksiyalarına təsiri barədə açıq dəlillər mövcuddur. Göstərilib ki, beyin xəstəliklərinə təsir edən iqlim dəyişikliklərinə ekstremal temperaturlar, eləcə də gün ərzində daha əhəmiyyətli temperatur tərəddüdləri daxildir, xüsusən də bu nisbətlər mövsümdən asılı olaraq qeyri-adi olduqda", - Sisodiya bildirib.
O əlavə edib ki, gecə temperaturları xüsusilə vacibdir, çünki gecə boyunca daha yüksək temperatur yuxunu poza bilər və bu da beyin sağlamlığını pisləşdirir.
Tədqiqatçılar müəyyən ediblər ki, daha yüksək temperaturlarda və ya güclü istilərdə xəstəxanaya yerləşdirmə, əlillik və ya insult nəticəsində ölüm hallarının sayı artır.
Bu arada, komanda iddia edir ki, demensiya (unutqanlıqla bağlı xəstəlik – red.) diaqnozu qoyulan insanlar ekstremal temperaturlar və hava hadisələrindən zərərçəkməyə meyillidirlər, çünki idrak pozğunluğu davranışı ətraf mühitdəki dəyişikliklərə uyğunlaşdırmaq qabiliyyətini məhdudlaşdıra bilər.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar