Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kolon xərçənginə səbəb olan iki əsas amil

Tarix: 16-05-2024 10:14     Baxış: 3224 A- / A+


Kolon xərçənginə səbəb olan iki əsas amil
Elm adamları kolon xərçəngi riskinin artması ilə əlaqəli iki anatomik quruluşa diqqət yetiriblər.
Xarici mətbuat xəbər verir ki, bu tapıntılar müxtəlif ölkələrdən, o cümlədən Avropa və ABŞ-dan olan tibb mütəxəssisləri tərəfindən aparılan böyük araşdırmada üzə çıxıb.
Kolon xərçəngi ilə əlaqəli xəstəliklər ən çox yayılmışlar arasındadır. Bütün xərçəng hadisələrinin təxminən 10% -ni təşkil edirlər və dünyada xərçəng ölümlərində ikinci yeri tuturlar.
Kolon xərçəngi adətən yaşla əlaqəli olsa da, statistika göstərir ki, gənc insanlar bu xəstəliyə daha çox həssas olurlar. Alimlər 2019-2024-cü illər arasında İngiltərədə kolon xərçəngindən ölümlərin kişilər arasında 26%, qadınlar arasında isə 39% artacağını proqnozlaşdırırlar.
Mütəxəssislər bu tendensiyanı izah edə biləcək bir neçə amili qeyd edirlər. Ən son araşdırmalardan birində alimlər xərçəngin “cavanlaşması”nı sonrakı nəsillərdə sürətlənmiş bioloji qocalma ilə əlaqələndiriblər.

Mövzu ilə bağlı ən böyük araşdırmada İspaniya, Almaniya, Fransa, Yunanıstan və digər ölkələrdən olan 25-dən çox tibb mütəxəssisi anatomik xüsusiyyətlərin kolon xərçənginə qarşı həssaslığa təsirini daha yaxından araşdırıb.
Alimlər Böyük Britaniya Biobankının yüz minlərlə iştirakçısının böyük bir nümunəsindən istifadə ediblər və GTex (Genotype-Tissue Expression Project) verilənlər bazasından 838 ölmüş donorun toxumalarından alınan genetik məlumatları təhlil ediblər.
Genomik analiz, statistik metodlar və digər üsullardan istifadə edən tədqiqatçılar müəyyən ediblər ki, genetik olaraq piylənməyə meylli olan insanlar kolon xərçənginə tutulma riski daha yüksəkdir.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar