Xəbər lenti 
					
 
		Bu dondurmalar zəhərləyir – Necə ayırd etmək olar?

Dondurma ən məşhur yay məhsullarından biridir. Lakin süddən hazırlanan bu məhsul həm də zəhərlənmə potensialı ən yüksək olan qidalar arasındadır.
Manevr.az xəbər verir ki, dondurmadan zəhərlənməmək üçün bir neçə sadə qaydaya əməl etmək lazımdır.
Mütəxəssislər kristallaşan dondurmaları yeməmək barədə xəbərdarlıq edirlər. Çünki dondurmada müşahidə olunan kristallaşma onun əridikdən sonra yenidən dondurulduğuna işarədir. Bu cür məhsullar isə çox təhlükəlidir.
Əgər qutuda dondurma alıb evdə istehlak edirsinizsə, yenə bir neçə nüansa diqqət etmək vacibdir. Dondurmanın son istifadə tarixinə mütləq diqqət yetirilməlidir. Çox uzunömürlü dondurma almamaq məsləhətdir. Aylar öncəsindən qalmış dondurmanı son istifadə tarixi bitməsə belə, yemək olmaz. Dondurma alış-verişin ən sonunda alınmalıdır. Onu əriməsinə imkan vermədən ən sürətli şəkildə evə çatdırıb dondurucuya qoymalısınız. Dondurmanı istehlak edəcəyiniz zaman yeyəcəyiniz qədərini götürüb qalanını dərhal dondurucuya geri qaytarmalısınız. Çünki dondurma yumşaldıqdan sonra onu yenidən dondurmaq olmaz.
Küçə satıcılarından açıq halda satılan dondurmaları almaq tövsiyə olunmur. Bu cür süd məhsulları ciddi qida zəhərlənməsinə səbəb ola bilər. Dondurma zəhərlənməsinin ilkin əlamətləri isə bunlardır: qusma, ishal, ürəkbulanma və qızdırma. Dondurma yedikdən sonra belə problemlərlə üzləşənlər dərhal həkimə müraciət etməlidirlər.medicina.az
Mütəxəssislər kristallaşan dondurmaları yeməmək barədə xəbərdarlıq edirlər. Çünki dondurmada müşahidə olunan kristallaşma onun əridikdən sonra yenidən dondurulduğuna işarədir. Bu cür məhsullar isə çox təhlükəlidir.
Küçə satıcılarından açıq halda satılan dondurmaları almaq tövsiyə olunmur. Bu cür süd məhsulları ciddi qida zəhərlənməsinə səbəb ola bilər. Dondurma zəhərlənməsinin ilkin əlamətləri isə bunlardır: qusma, ishal, ürəkbulanma və qızdırma. Dondurma yedikdən sonra belə problemlərlə üzləşənlər dərhal həkimə müraciət etməlidirlər.medicina.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 














