Xəbər lenti 
					
 
		Qaraciyər xərçəngindən qorunmağın qeyri-adi üsulu

Alman Xərçəng Araşdırma Mərkəzinin və Tübingen Universitetinin alimləri müəyyən ediblər ki, 5:2 nisbətində pəhriz əsasında fasiləli aclıqla siçanlarda iltihabın və qaraciyər xərçənginin qarşısını almaq mümkün olur.
Manevr.az oxu.az-a istinadən bildirir ki, təcrübə iki qrup siçan üzərində aparılıb. Birinci mərhələdə heyvanlar yüksək şəkər, yağ tərkibli qidalar və ya tipik "Qərb pəhrizi" ilə qidalanıblar. Birinci qrup siçanların qidaya daimi çıxışı olub. Pəhriz müdaxiləsi dövrünün sonuna yaxın heyvanlarda xroniki qaraciyər iltihabı yaranıb.
Digər qrupdakı siçanlara həftədə iki gün yemək verilməyib. Bu yemək planı 5:2 cədvəlində fasiləli aclıq adlanır. Nəticələr göstərib ki, yağlı və şirin qidalar yeməsinə baxmayaraq, ikinci qrupdan olan heyvanlar kökəlməyiblər. Onların bədənlərində qaraciyərin zədələnməsini göstərən biomarkerlərin səviyyəsi də aşağı olub. Tədqiqatçılar yağlı qaraciyər xəstəliyinin inkişafına qarşı müqavimətin həftəlik ümumi kalori qəbulundan asılı olmadığını qeyd ediblər.
Alimlərin fikrincə, yağlı qaraciyər xəstəliyi (yağlı distrofiya, piylənmə) qaraciyər xərçənginə səbəb ola bilər. Fasiləli aclıq isə onun inkişaf riskini azaldır.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















