Xəbər lenti 
					
 
		Nəyə görə 40 yaşdan sonra təzyiq “oynayır”?

40 yaşdan sonra ömrü boyu təzyiq problemi olmayan insanda da təzyiq problemləri başlaya bilər.
Manevr.az "medicina"ya istinadən xəbər verir ki, məşhur ginekoloq, tibb elmləri namizədi Kamil Bəxtiyarov 40 yaşdan sonra təzyiq probleminin səbəbini açıqlayıb:
“40 yaşdan sonra orqanizmdə aktiv hormonal dəyişikliklər gedir,
progesteron və estrogenlər azalır. Bu da həm fizioloji, həm psixoloji dəyişikliklər yaradır, təzyiqi artırır.
Təzyiq vaxtaşırı birdən yüksələ də bilər, artıq 130-dan yuxarı rəqəmlər görünər və ya daimi 140/90-da qala bilər.
Hormonal qasırğadan əlavə, damarların vəziyyəti də pozulur.
Artıq çəki, depressiya, şəkər, ateroskleroz bu yaşdan başlayır.
Əgər vaxtaşırı artıq təzyiq sizi narahat etməyə başladısa, bu müayinələrdən keçin:
- Kardioloq, endokrinoloq qəbulu
- Ümumi qan analizi
- Dəmir, ferritin
- Sidik analizi
- Qanda şəkər
- Xolesterin, lipid
- Damarların dopleri
- USM
- TSH, T3 T4 analizləri
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















