"Azərbaycan qanunvericiliyinə müvafiq olaraq köçürülməsinə icazə verilən orqanlar qaraciyər, ürək, ağciyər, bağırsaqların köçürülməsi, mədə, gözün buynuz qişasıdır. Eyni zamanda, qanunvericiliklə canlı donordan sümük iliyi köçürülməsinə də icazə verilir".
Manevr.az oxu.az-a istinadən bildirir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib.
Y.Abbasova qeyd edib ki, bu gün Mərkəzə orqan transplantasiya ilə bağlı daxil olan müraciətlərdən 400-dən çoxu məhz böyrək köçürülməsi ilə bağlıdır: 
"Böyrəklə bağlı müraciətlərin çoxluğu tək Azərbaycanda deyil, bütün ölkələrdə belədir. Azərbaycanda ikinci sırada sümük iliyi transplantasiyasına ehtiyacı olan qan xəstələridir. Qaraciyər transplantasiyası əməliyyatına ehtiyac duyan xəstələrin sayı da kifayət qədərdir. Bundan əlavə, Mərkəzə ağciyər, ürək, gözün buynuz qişası kimi orqanların transplantasiyası əməliyyatına ehtiyac duyan şəxslər də müraciət etməkdədir".  
Y.Abbasova hazırda orqan transplantasiyası üzrə donor gözləyən xəstələrin sayının 1000-ə yaxın olduğunu bildirib.
	   
	    
		
	 Xəbər lenti 
					
 
		Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















