Manevr.az xəbər verir ki, tədqiqat The Lancet Neurology (TLN) elmi jurnalında dərc olunub.
Parkinson xəstəliyi davamlı olaraq irəliləyən neyrodegenerativ hərəkət pozğunluğudur. O, hərəkətsizliyə və tez-tez demensiyaya səbəb olur, insanın fəaliyyət qabiliyyətini tədricən pozur. Hazırda bu diaqnozun müalicəsi yoxdur, lakin onun gedişatını yavaşlatmaq olar.
Komanda yeni analiz metodundan istifadə edərək "RAB32 Ser71Arg" adlı gendə yeni genetik mutasiya müəyyən edib. O, Kanada, Fransa, Almaniya, İtaliya, Polşa, Türkiyə, Tunis, ABŞ və Böyük Britaniya da daxil olmaqla, dünyada 13 insanda insanda aşkar edilib.
Araşdırma nəticəsindən məlum olub ki, "RAB32 Ser71Arg" mutasiyasının bütün daşıyıcıları hamısı uzaq qohumdur. Tədqiqatçıların müəyyən etdiyi hər bir yeni gen Parkinson xəstəliyini proqnozlaşdırmaq və qarşısını almaq qabiliyyətini əhəmiyyətli dərəcədə təkmilləşdirə bilər.medicina.az