Qohum nikahların genetik xəstəlikləri artırması faktdır. Araşdırmalar müəyyən edir ki, yad insanların evliliyindən doğulan uşaqların qüsurlu olma riski 2-4 faizdirsə, qohum evliliklərində bu göstərici 4-8 faizdir.
Azərbaycanda qohum evliliklərinə üstünlük verənlər çoxdur.
2015-ci ildən evlənməyə hazırlaşanların tibbi müayinəsi aparılsa da, nəticədən asılı olmayaraq, qanun onların evliliyini qadağan etmir. Qohum evliliyi, xüsusilə, əmi qızı, əmi oğlu və xala qızı, xala oğlu birgəliklərindən doğulan körpələrdə müxtəlif xəstəliklər özünü göstərir.
Ən çox yayılan xəstəlik isə talassemiya xəstəliyidir. Azərbaycanda talassemiyalı xəstələrin qeydiyyatı aparılır və Dövlət Statistika Komitəsinin (DSK) 2022-ci ilə aid göstəricisinə görə, tibb müəssisələrində qeydiyyatda olanların ümumi sayı 4096 nəfərdir, onların 1967 nəfəri 17 yaşına çatmamış şəxslərdir.
2021-ci ildə isə bu rəqəm 4129 olub. Xəstəliyin ümumi sayı 2021-ci illə müqayisədə azalsa da, amma ilk dəfə diaqnoz qoyulanların sayında artım var. Belə ki, 2022-ci ildə ilk dəfə talassemiya diaqnozu qoyulan xəstələrin sayı 320, 2021-ci ildə isə 286 olub.
Xəstəliyə iki daşıyıcının nikahı nəticəsində doğulan uşaqlarda rast gəlinə bilər.
Əgər nikaha daxil olacaq şəxslərin hər ikisində talassemiya daşıyıcılığı varsa, doğulacaq uşaqların 25 % halda sağlam, 50% halda daşıyıcı, 25 % halda xəstə olma ehtimalı mövcuddur. Hər iki talassemiya xəstəsi evlənərsə, onların övladı bu xəstəliyi irsən alacaq.
Tibbi müayinə zamanı daşıyıcı olanların əksəriyyəti övladlarının 25 faiz halda xəstə olma ehtimalını nəzərə almadan ailə qururlar. Çünki cəmiyyətdə, xüsusilə, valideynlər arasında qohum evliliklərinin daha etibarlı, uzunmüddətli olması fikri formalaşıb.
Yaxın zamanlarda qohum evliliklərinin yaratdığı fəsadlar nəzərə alınaraq hökumət tərəfindən qohumlar arasında bağlanan nikahların qadağan olunması ilə bağlı qanun layihəsinin hazırlanması təklif edilib.
Maraqlıdır ki, müvafiq qurumlar talassemiyalı uşaqların neçə faizinin valideynlərinin qohum olmasını araşdırırmı? Bununla bağlı konkret rəqəm varmı?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, xəstələrin hər birinin qohumluq əlaqələri araşdırılır:
“Müraciət edən və həmçinin qeydiyyatda olan bütün xəstələrin valideyinlərinin qohumluq əlaqələri araşdırılır və öyrənilir. Həmçinin bütün bu məlumatlar vətəndaşların xəstəlik tarixlərində qeyd edilir.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar