Xəbər lenti
Qəhvəyə süd əlavə etmək niyə məsləhət görülmür?
Südlü qəhvə milyonlarla insanın sevimli içkisidir. Və çoxumuz bir fincan içkinin zərər vermədiyinə inanırıq. Bu doğrudur, amma bəzi nüanslar var, xüsusən də bədən ölçülərinizin incə və formada olmasını istəyiriksə...
Diyetoloq Yuliya Xlopova Lenta.ru saytına südlü qəhvənin təsirlərindən söz açıb.
"Südün tərkibində mürəkkəb polisaxarid olan laktoza var, qəhvə ilə qarışdırıldıqda o sadə şəkərlərə parçalanır. Süd qəhvənin faydalılığını azaldır və belə çıxır ki, desert içirsiniz. Əgər yanında tort yeyirsinizsə və şərbət əlavə edirsinizsə, qəhvənin faydalılığından söhbət gedə bilməz. Eyni qayda bitki südlərinə də aiddir: istehsalçıların istehsal zamanı şəkər əlavə etməsi səbəbindən onlar da şəkərə çevrilirlər", - mütəxəssis vurğulayıb.
Südlü qəhvə sevirsinizsə nə etməli?
Xlopova südlü qəhvənin əslində bir desert olduğunu unutmamağı və ona şəkər əlavə etməməyi məsləhət görüb. Həmçinin əlavə desertləri istisna etmək lazımdır. Diyetoloq çəkisini nəzarətdə saxlayanlara xəbərdarlıq edib ki, südlü qəhvə şişkinliyə səbəb olur, odur ki, arzulanan bədən ölçülərinə sahib olmaq sizin üçün çətinləşəcək.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar