Son dövrlərdə uşaqların müəyyən xəstəliklərə qarşı peyvənd olunmaması hallarına rast gəlinir. Peyvəndləşmənin vacib olduğu halda valideynlərin bundan yayınması sonradan bir çox fəsadlara yol açıb. Ötən ilin payızından etibarən ölkədə qızılcaya yoluxaraq vəziyyəti ağırlaşan və ya ölümü qeydə alınan uşaqların çoxu da vaxtında peyvənd olunmayanlar idi. Müvafiq qurumlar qızılca xəstəliyinin artdığı dönəmdə əhali arasında peyvəndləşmə aparılmasına başlayıblar.
Səhiyyə Nazirliyi bu həftə vaksinasiya ilə bağlı əmr imzalayıb. Yəni 21-27 aprel tarixlərində “İmmunlaşdırma həftəsi” keçirilir. Əmrə əsasən, bu müddətdə respublikanın bütün şəhər və rayonlarında uşaqların peyvəndə cəlb olunması təmin olunacaq. Həmçinin, peyvəndlərlə əhatə səviyyəsi aşağı olan regionlarda monitorinqlər keçiriləcək.
Bəs vaksinasiyanın az aparıldığı bölgələr hansılardır? Bu həftə ərzində əsasən hansı xəstəliklərə qarşı peyvəndlər vurulacaq?
Manevr.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, uşaqlar peyvənd təqviminə uyğun vaksinasiya olunacaqlar:
“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin imzaladığı əmrə əsasən, 2024-cü il 21–27 aprel tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçirilir. Bu həftə çərçivəsində hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların peyvəndlərə cəlb edilməsi təmin edilir. Immunizasiya peyvənd təqviminə uyğun olaraq aparılır”.
Xəbər lenti
Qızılcaya qarşı növbəti peyvəndlənmə bu bölgələri əhatə edəcək

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar