Xəbər lenti 
					
 
		Yeni pandemiyaya səbəb ola biləcək virus

Qrip virusu yeni pandemiyaya səbəb ola bilər.
Manevr.az-ın məlumatına görə, bu barədə "The Guardian" beynəlxalq araşdırmaya istinadən yazır.
Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştamına görə yeni pandemiyanın baş verəcəyini qeyd edib. Respondentlərin daha 21 faizi “X Virus”unun bütün dünya üçün təhlükəyə çevriləcəyinə əmindir.
"Qrip hər qış ortaya çıxır. Bu epidemiyaları kiçik pandemiya adlandırmaq olar. Onlara az-çox nəzarət edilir, çünki səbəb olan müxtəlif ştamlar kifayət qədər virulent deyil. Lakin bu, həmişə belə olmayacaq", - Köln Universitetinin tədqiqatçısı Con Salmanton-Qarsiya bildirib.
Bundan əlavə, sorğuda iştirak edən alimlərin 15 faizi "Sars-CoV-2"nin yenidən pandemiyaya səbəb ola biləcəyinə əmindir.modern.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















