Manevr.az report.az-a istinadən xəbər verir ki, nəticələr "BMJ (British Medical Journal) Global Health"də dərc olunub.
Tədqiqat zamanı alimlər bədəndə piylənmə və dəmir çatışmazlığı arasındakı əlaqəyə dair minlərlə mövcud elmi işi təhlil ediblər. Meta-analizə daxil edilən tədqiqatların iştirakçıları müxtəlif ölkələrdən olan uşaqlar və 25 yaşdan kiçik insanlar olub.
Dəmir çatışmazlığı artan yorğunluğa, yaddaşın və konsentrasiyanın azalmasına səbəb ola bilər. Həmçinin uşaqlarda anemiyanın autizm və diqqət çatışmazlığı hiperaktivlik pozuqluğuna təhrikçisi olduğu qeyd edilir. Alimlərin fikrincə, kök uşaqların orqanizmində dəmir çatışmazlığı pis qidalanma ilə bağlı ola bilər.
Xüsusilə, fəst-fud, şirniyyat, çips və şəkər tərkibli içkilərin qəbulu da pis qidalanmaya daxildir. Belə qidalarda çoxlu yağlar və karbohidratlar olur.