Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Alimlərdən şəkər xəstələrini insulindən ömürlük xilas edəcək təcrübə

Tarix: 11-04-2024 11:36     Baxış: 3128 A- / A+
Alimlərdən şəkər xəstələrini insulindən ömürlük xilas edəcək TƏCRÜBƏ

Yaponiyalı alimlər gələn il şəkər xəstələrinin insulin problemini ömürlük həll edəcək unikal əməliyyat keçirməyi planlaşdırırlar. Belə ki, onlar hormon istehsal edən mədəaltı vəz hüceyrələrini donuzlardan insanlara köçürməyə hazırlaşırlar.
Manevr.az xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.
Bildirilir ki, əməliyyatı Yaponiya Milli Beynəlxalq Tibb Mərkəzinin mütəxəssislərinin rəhbərlik etdiyi tədqiqatçılar qrupu həyata keçirəcək.
Nəşrin məlumatına görə, qanda şəkərin səviyyəsinin tənzimlənməsinə cavabdeh olan və “Langerhans adacıqları” kimi tanınan bu hüceyrələr 1-ci tip şəkərli diabet xəstəsinə köçürüləcək. Alimlər ümid edirlər ki, bu, xəstənin insulin inyeksiyasına ehtiyacını əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək.
Transplantasiya edilmiş “Langerhans adacıqları”nın orqanizm tərəfindən rədd edilməsinin qarşısını almaq üçün bu hüceyrələr 0,5-1 mm diametrli xüsusi kapsullara yerləşdiriləcək. Şəkər səviyyəsi yüksəldikdə kapsulun kiçik deşiklərindən insan qanına insulin daxil olacaq.
Xatırladaq ki, bu il Yaponiya müvəffəqiyyətlə geni dəyişdirilmiş donuz yetişdirib. Onun orqanları gələcəkdə orqanizm tərəfindən rədd edilmədən köçürülə bilər.
Həmçinin, cərrahlar dünyada ilk dəfə donuz böyrəyini canlı xəstəyə uğurla köçürüblər.modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar