Xəbər lenti 
					
 
		Krioablyasiya üsulu döş xərçənginin müalicəsində çox təsirlidir - ARAŞDIRMA
 Alimlər xərçəngli toxumaların buzun köməyi ilə dondurularaq məhv edildiyi krioablasyon adlanan üsulun şişləri böyük olan və əməliyyat oluna bilməyən döş xərçəngi xəstələrinin müalicəsində təsirli olduğunu müəyyən ediblər.
Alimlər xərçəngli toxumaların buzun köməyi ilə dondurularaq məhv edildiyi krioablasyon adlanan üsulun şişləri böyük olan və əməliyyat oluna bilməyən döş xərçəngi xəstələrinin müalicəsində təsirli olduğunu müəyyən ediblər.Manevr.az-ın xarici mediaya istinadən xəbərinə görə, tədqiqatçılar ürək problemi olan, hipertoniyadan əziyyət çəkən və ya başqa bir xərçəng üçün kimyaterapiya müalicəsi alan və bu səbəbdən əməliyyat oluna bilməyən süd vəzi xərçəngindən əziyyət çəkən 60 nəfərdə krioablasiyadan sonra nəticələri araşdırıblar.
Xəstənin uyğunluğuna və seçiminə görə lokal anesteziya və ya minimal sedasyonla həyata keçirilən krioablasyon müalicəsinin 5 ilə 10 dəqiqə davam edən dondurma və daha sonra 5 ilə 8 dəqiqə ərzində passiv əritmədən ibarət olduğunu qeyd edən elm adamları müalicə çərçivəsində şişlərin yerini təyin etmək üçün ultrasəs və ya kompüter tomoqrafiyasının skan edilməsi olduğunu bildirdilər.
Tədqiqatçılar, müalicə nəticəsində, şiş ölçüləri 0,3 ilə 9 santimetr arasında dəyişən xəstələr arasında, 1,4 santimetrdən böyük şişləri olanlarda müalicədən sonrakı 16 aylıq dövrdə xərçəngin təkrarlanma nisbətinin yalnız yüzdə 10 olduğunu ifadə etdilər.
Memorial Sloan-Kettering Xərçəng Mərkəzindən Radioloq Dr. Yolanda Bryce bu müalicə üsulunun böyük şişləri olan, lakin əməliyyat oluna bilməyən qadınlar üçün çox təsirli olduğunu bildirib.
Qeyd edək ki, tədqiqat ABŞ-ın Yuta ştatının Solt-Leyk Siti şəhərində keçirilən Müdaxilə Radiologiya Cəmiyyətinin İllik Elmi Yığıncağında təqdim olunub.
Nigar
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















