Sizin Reklam Burada
Xəbər lenti
03-09-2025
02-09-2025
BÜTÜN XƏBƏRLƏR

Saçını boyayan qadınların DİQQƏTİNƏ - Həkimdən ÇAĞIRIŞ

Tarix: 04-04-2024 16:37     Baxış: 3201 A- / A+
Saçını boyayan qadınların DİQQƏTİNƏ - Həkimdən ÇAĞIRIŞ

Qadınların əksəriyyəti ya saçları ağardığı üçün, ya da görünüşdə fərqlənmək üçün saç boyalarından istifadə edirlər. Gözəllik vasitəsi kimi istifadə edilən bu boyaların isə bir sıra zərərləri var. 
Bəs bu zərərlər hansılardır?
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı Sfera.az-a danışan onkoloq Günay Əhmədova bildirib ki, saç boyalarının tərkibində xeyli miqdarda kimyəvi maddələr mövcuddur.
 
“Saç boyası bəzi insanlarda limfoma xəstəliyi yarada bilər. Bundan əlavə bu boyalardan tez-tez istifadə etmək bədəndə allergik reaksiyalara səbəb ola bilər. Saç boyaları hətta süd vəzi xərçənginin yaranma riskini artırır. Məhz bu baxımdan saç boyalarının tərkibində alüminium, paraben kimi maddələrin olmamasına xüsusi diqqət göstərmək lazımdır”.
 
Həkim qeyd edib ki, hamiləliyin ilk 3 ayında saçları boyamaq məsləhət görülmür.
 
“Həmçinin saçların boyanmasını professional ustalar həyata keçirməlidir. Çünki bu işi bilməyən şəxslər quru və yanmış saçları da boyayırlar ki, bu da saçların daha da yanmasına səbəb olur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar