Xəbər lenti
“Azərbaycanda psixi sağlamlıq məsələləri və psixi pozuntulardan əziyyət çəkən şəxslərin hüquqları” mövzusuna həsr edilmiş dəyirmi masa keçirilib

Milli Məclisin deputatı Müşfiq Məmmədli Manevr.az-a açıqlamasında qeyd etdi ki, tədbirdə əhalinin sağlamlığının qorunması hüququnun müdafiəsi sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verilib, bu istiqamətdə problemlərin araşdırılması və həll olunması üçün müvafiq tədbirlərin görüldüyü bildirilib:
"Çıxışçılar tibbi xidmətin əlçatanlığının və keyfiyyətinin artırılması istiqamətində məqsədyönlü addımların atıldığını, Psixi sağlamlıq üzrə Milli Strategiyanın hazırlanmasının gələcəyə yönəlik planlardan biri olduğunu, son vaxtlarda psixoloji yardım həyata keçirilən özəl müəssisələrdə çalışan şəxslərin əksəriyyətinin bu sahə üzrə təhsillərinin olmadığını, müasir dövrdə uşaqların virtual məkanda daha çox vaxt keçirmələrinin onların psixologiyasına ciddi təsir göstərdiyini qeyd edib, bu sahəyə ciddi nəzarətin əhəmiyyətini vurğuladılar", deputat bildirdi.
Vurğulayaq ki, Ombudsmanın təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Ombudsman Aparatının əməkdaşları, Milli Məclisin deputatları Rəşid Mahmudov, Kamal Cəfərov, Müşviq Məmmədli və Müşviq Cəfərov, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, psixiatr və ekspertlər iştirak ediblər.
Nigar Nəriman
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar