Xəbər lenti 
					
 
		Yeni Klinikada “Autizmə fərqli yanaşma” adlı seminar keçirilib
 Yeni Klinikada 2 Aprel - Dünya Autizm Məlumatlandıma Gününə həsr edilən “Autizmə fərqli yanaşma” adlı seminar keçirilib.
Yeni Klinikada 2 Aprel - Dünya Autizm Məlumatlandıma Gününə həsr edilən “Autizmə fərqli yanaşma” adlı seminar keçirilib.Bu barədə Manevr.az-a açıqlama verən Millət vəkili Müşfiq Məmmədli bildirib ki, autizmin ictimaiyyətdə qarşılanması, autizm sindromlu insanların hüquqlarının müdafiəsi və reabilitasiyası ilə bağlı məsələlər ətrafında fikirlərimizi bölüşdük:
Tədbir “Autizmə fərqli baxış”, “Autizmdə təbii müalicə metodları”, “Autizm və neyroiltihab”, “Autizmli uşaqlara psixoloq yanaşması”, “Reabilitasiya prosesində autizmli uşaqlara və onların ailələrinə sosial psixoloji dəstək” mövzularında çıxışlarla davam edib", deputat vurğulayıb.
Tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarı Rəvanə Ağamirova "Ay Laçın" xalq mahnısını ifası ifası ilə yekunlaşıb.
Qeyd edək ki, tədbirdə deputat İlham Məmmədov, TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Yeni Klinikanın direktoru Barat Yusubov, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin rəhbəri Bahadur Rzayev,  "Liatris" holdinqin rəhbəri Ruhiyyə Əliyeva və digər qonaqlar iştirak edib. 
Natəvan Qocayeva,
Manevr.az




	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















