Xəbər lenti 
					
 
		Nəticələri ağır ola bilər! - Həkim ən təhlükəli yuxu pozasından danışdı

Skoliozun Azaldılması Mərkəzinin britaniyalı həkimi Toni Nalda ən təhlükəli yuxu pozasını açıqlayıb.
Manevr.az xəbər verir ki, həkim bu barədə “The Mirror” qəzetinə danışıb. Mütəxəssisin sözlərinə görə, söhbət ağır nəticələrə gətirib çıxara bilən qarın üstə yatmaqdan gedir.
Nəşrdə qeyd olunub ki, mədə üstə yuxuya getmək ürək problemlərinə və bel ağrılarına səbəb ola bilər.
"Fakt budur ki, bu mövqe dərin nəfəs almağı çətinləşdirir, çünki diafraqma sıxılır. Sinə üzərinə basmaqla qan dövranını maneə törədirsiniz. Üstəlik, üzü üstə yatmaq onurğaya əlavə təzyiq yaradır ki, bu da fəqərələri və ətrafdakı əzələləri gərginləşdirə bilər", - mütəxəssis izah edib.
Bundan əlavə, Nalda xəbərdarlıq edib ki, qarın üstə yatmaq miqreni tətikləyə, əsəblərin daha çox gərginləşməsinə və əyri boyunla bağlı digər nevroloji problemlərə, hətta üzdə qırışların yaranmasına səbəb ola bilər.
"Yan üstə yatmaq sağlamlığınız baxımdan daha faydalıdır. Bu mövqe onurğa sütununun təbii əyriliyini qoruyur və oynaqlarda gərginliyi minimuma endirir, həmçinin ürəyin fəaliyyətini yaxşılaşdırır və xoruldamağı azaldır", - britaniyalı həkim yekunda qeyd edib.publika.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















